Arx
From Wikipedia, the free encyclopedia
Arx ya da kanal — insan əli ilə düzəlmiş, sulama ya da nəqliyyat məqsədi ilə istifadə edilən su yollarıdır. Axma sürəti çox olmayan çaylar keçmişdən günümüzə dək həmişə nəqliyyat üçün istifadə edilmişdilər. Bu çayların bir-birlərinə yaxınlaşdığı yerlərdə kanallar açılmaq surətiylə nəqliyyat daha da asan hala gətirilmişdir.
Suyu mənbədən sahəyə axıtmaq üçün dayaz suvarma kanalı. Arxlardan, əsasən, Cənubi Qafqazda, Orta Asiya və Qazaxıstanda, Yaxın və Orta Şərq ölkələrində geniş istifadə olunur; səhra və yarımsəhra zonaları şəraitində sahələr il boyu Arxların öz axını ilə suvarılır. Arxlar daimi və müvəqqəti olur. Daimi Arxlar şəbəkəsinə əsas (magistral) və paylayıcı Arxlar daxildir. Magistral Arx mənbədən (çay, göl və s.) götürdüyü suyu paylayıcı Arxlara verir. Su paylayıçı Arxlar vasitəsilə əkin sahələrinə, oradan da müvəqqəti Arxlarla suvarma zolaqlarına axıdılır.