Arktika körpüsü — Şimal Buzlu okean və Atlantik okeanın şimal hissəsəsindən keçən movsümü dəniz yolu. Bu yol dəniz vastəsi ilə Kanada və Rusiyanı bir-birinə birləşdirir[1]. Dəniz yolu Rusiyanın Murmansk (Kola körfəzi) limanından başlayır və Kanadanın Çörçill limanında (Hudzon körfəzi) bitir. Çörçil limanı Kanadanın şimalında yerləşir. Üstəlik dəmiryolu və hava nəqliyyatı vastəsi ilə ölkənin digər əraziləri ilə əlaqələnir. Bu liman Kandananın son dəmir yolu stansiyası olmaqla həm də Kanada prerilərindən toplanan buğdanın Avropa bazarına çıxışın əsas qapısı rolunu oynayır. Murmansk dəniz limanı isə Sankt-Peterburq və Avropanın digər hissələri ilə Oktyabrsk dəmir yolları vastəsi ilə birləşir. Murmansk limanı həm də onu Rusiyanın digər ərazilərini birləşdirən «Kola» avtomagistralının son duracağıdır.

Thumb
Arktikada olan dəniz yolları
Arktika körpüsü
Şimal dəniz yolu
Şimal-Qərb keçidi

Rusiya Arktika körpüsünün inkişaf etdirilməsində maraqlıdır. İnkişaf edəcəyi halda Avroöpa və Şimali Amerika arasında (Şimal dəniz yolu ilə birlkdə) əsas ticarət yollarından birinə çevrilə bilər. Ottava mətbuatına görə, ticarət marşrutunun açılması Arktika buzunun geri çəkilməsi ilə əlaqədar ortaya çıxmışdır.

«Arktika körpüsü» layihəsi Mərkəzi Çörçil olmaqla kanadalılar tərəfindən 1990-cı illərdə ortaya atılmışdır. 1997-ci ildə Çörçill denverli iri dəmiryolu operatoru olan OmniTRAX şirkətinə satılır. 2004-cü ildə OmniTRAX şirkəti Murkansk ticarət şirkə ilə danışıqlara başlamışdır. Hədəf Arktika körpüsü konsepsiyasını inkişaf etdirmək olmuşdur. Bununla yanşı Kanada Taxıl Şirkəti Çörçil dəmiryolu limanının davamlığını təmin etmək üçün il ərzində 400 min tol taxılı bu yolla satışa çıxarmaq imkanında olduğunu bildirmişdir. Ancaq OmniTRAX bu məsələdə çətinliklər yaşayırdı.

17 oktyabr 2007-ci ildə Murmansks limanında ilk yüklər çörçillə çatdırılır[2].

Həmçinin bax

İstinadlar

Mənbə

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.