![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/84/Arachnida_collage.png/640px-Arachnida_collage.png&w=640&q=50)
Hörümçəkkimilər
From Wikipedia, the free encyclopedia
Hörümçəkkimilər (lat. Arachnida) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi. 70000 (70 min)-dən artıq növü vardır. Müxtəlif şəraitdə yaşamağa uyğunlaşdığından geniş yayılmışdır. Hörümçəkkimilərə meşələrdə, bağlarda, tarlalarda, həyətlərdə, evlərdə və müxtəlif yerlərdə rast gəlinir. Hörümçəklər tor qura bilmələri, əqrəblər qarıncıq buğumlarının çox olması və son buğumunda zəhər vəzisinin yerləşməsi, qısqacların çox güclü inkişaf etməsi, diri bala doğması ilə seçilir. Əqrəblər əsasən isti yerlərdə çox olurlar. Bövlərin zəhər vəziləri olmur. Onlar kənd təsərrüfatı zərərvericilərini məhv etdikləri üçün faydalı hesab olunur. Gənələr hörümçəkkimilərin zərərverici nümayəndəsidir. Bunlar bitkilərdə, heyvanlarda, insanlarda parazit həyat tərzi keçirirlər, digər qrupu isə xəstəlik keçiriciləridir. Torpaq gənələri, anbar gənələri, tor gənələri, qoturluq gənələri kimi növləri var. Otlaq gənəsi ensefalit xəstəliyini, qoturluq gənəsi qoturluq xəstəliyinin törədicilərini insanlar və heyvanlara keçirir. Habelə onlar bruselyoz, taun, spiroxetoz xəstəliklərinin törədicilərini insanlar və heyvanlar arasında yayır.
Hörümçəkkimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Arachnomorpha Yarımtip: Sinif: Hörümçəkkimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|