Arabat əqrəbi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Arabat əqrəbi və ya Arabat dili (ukr. Арабатська стрілка, krımtat. Арабат бели, Arabat beli) — uzun və ensiz coğrafi obyekt, Krım yarımadasının şimal-şərqində yerləşir. Arabat əqrəbi əsasən balıqqulağından təşkil olunmuşdur. Arabat Sivaş körfəzi ilə Azov dənizi arasında yerləşir. Uzunluğu 100 kilometrdən çox, eni 270 m - 8 km arasında dəyişir.
Arabat əqrəbi | |
---|---|
ukr. Арабатська стрілка, krımtat. Арабат бели, Arabat beli | |
Ümumi məlumatlar | |
Eni | 0,27-8 km |
Uzunluğu | 100 km |
Yerləşməsi | |
45°42′23″ şm. e. 35°00′40″ ş. u.HGYO | |
Akvatoriya | Sivaş körfəzi |
Ölkə | Ukrayna |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Arabat əqrəbi şimalı kiçik Kryaçin adasından Arabat boğazı ilə ayrılır. Adada öz növbəsində materikdən ensiz Qenices boğazı ilə ayrılır. Kryaçin adası Arabat oxunun davamıdır. Promoina və Qeniçeski boğazları ilə Sivaş körgəzi Azov dənizi ilə birləşir. Arabat oxunun cənubunda Aq-Manay bərzəği yerləşir. İnzibati cəhətdən Krım Muxtar Respublikasının ərazisi ilə Xerson vilayəti ərazisinə daxildir. Arabat əqrəbində Qeniçeskaya Qorka, Sçastlivçevo, Strelkovoye, Solenoye (kəndləri) və Priozernoye (qəsəbə) yaşayış məntəqələri yerləşir.
Arabat hazırda ustirahət məskəninə çevrilmişdir. Yayda burada Azov dənizinin suyu +29 °C qədər yüksələ bilir. Suyunun yod və bromla zənginliyi insanları bura cəlb edir.
Arabat əqrəbində Zyablovskoe və Qeniceski gölləri vardır. Buradan duz çıxarılır.
Bu coğrafı obyektik sahilində Arabat körfəzi yrrləşir.
Tarixən Arabatda eyni adlı qala mövcud olmuşdur. 1920-ci ildə Perekopsko-Conqar əməliyyatı zananı Arabat əqrəbi Pəhlə-kəndli Qırmızı ordusunun əlinə keçir. İnzibati cəhətdən Arabat əqrəbinin ərazisi Krım MSSR bə Krım vilayətinin ərazisi olmuşdur. 3 mart 1955-ci ildə isə Arabat əqrəbinin şimalı Xerson vilayətinə verilir.
Krımın Rusiyaya birləşdirilməsindən sonra ərazi defakto Rusiya Ukrayna sərhədi rolunu oynayır. Arabatın şimalı Ukraynanın nəzarətində qalır. 15 martdan[1] dekabra qədər Krımın ərazisinə daxil olmayan əraziyə Rusiya ordusu nəzarət edirdi[2].
Boğazlar üzərində körpü inşa edilmişdir. Hətta Qeniçeskdən Strelkovoye kəndinə beton yol vardır.
Arabat əqrəbinin cənub hissəsində Solyanoe kəndi ilə Kanenskoe kəndi arasında torpaq yol fəaliyyət göstərir. Əvvələr Qeniçeskdən Arabat ilə uzaban dəmir yolu olmuşdur. Onun uzunluğunun hətta 44 km-dir. Əvvəlki xəritələrdə bu dəmir yonunun son stansiyası "Vodosnabjebiye"[3] olmuşdur.
Krımın Rusiya tərəfindən işğalından sonra Arabat əqrəbində Rusiya ilə Ukrayna arasında keçid məntəqəsi yerləşdirilmişdir. Rusiya Federasiyasının 26 noyabe 2014 il. № 659 əmrinə əsasən Solyanoye kəndinin şimal sərhədləri boyunca ruslara aid sərhəd zonadı təşkil edilir.
Arabat oxunda «Belə gözəl insanlar» (2013, rej. Dmitri Moiseeyev) filminin baş personajları, çəkilişlərlə əlaqədar yaşamışlar. Bununla əlaqədar sahildə iki evcik inşa edilmişdir[4].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.