From Wikipedia, the free encyclopedia
Antarktidada yüzlərlə müxtəlif mənşəli göllərə və sututarlar rast gəlinir.[1][2][3][4][5][6] Bu göllər ilin 8-10 ayı 1-2 m qalınlığında buz bağlayır. Göllərdə buz təbəqəsi günəş şüalarının keçməsinin qarşısını aldığından, soyuq temperaturlara uyğunlaşan sualtı bitkilərin, üzən fitplanktonların zəif inkişafı müşahidə edilir.
Antarktida gölləri buzlaqların qırılması və çəkiməsi, lakin az miqdarda göl çalaları isə Yer qabığının fəaliyyəti nəticəsində formalaşır.
Hazırda Mərkəzi Antarktidada radar və seysmik tədqiqatların köməyi ilə 67 buzlaqaltı göl açılmışdır. Rusiyanın Vostok Atlantik stansiyası altında Cənub Qütbündən 480 km aralı məsafədə eyni adlı, xüsusən iri buzlaqaltı hövzə aşkar edilmişdir. Ölçülərinə görə Vostok gölü Oneqa, Çad və Nikaraqua kimi göllərdən geri qalmır. Gölün hövzəsinin maksimum uzunluğu 230 km, sahəsi - 14 min kv. kilometrdir. Bu yerdə buzlağın qalınlığı 3750 m, buz altındakı su qatı isə 670 m-dir. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Vostok gölünün maksimum dərinliyi 1200 m-ə çatır.
Antarktidada, Kanada ilə Kammonvilt buzlaqları arasında, Viktoriya Torpağında şirinsulu Friksel gölü, Cənub qitəsinin Viktoriya Torpağında, Rayt vadisində Vanda gölü, Don-Juan gölü yerləşir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.