From Wikipedia, the free encyclopedia
Annam (tı-nom: 安南) və ya Çunqki (中圻) — Fransanın Cənub-Şərqi Asiyada protektoratı və müstəmləkəsi. Mərkəzi Vyetnamdakı Daynam imperiyasının ərazisini əhatə edirdi. Protektorat qurulmazdan əvvəl Annam adı Qərbdə bütövlükdə Vyetnamı ifadə etmək üçün istifadə olunurdu, vyetlər annamlılar adlandırılırdı. Annam protektoratı 1887-ci ildə Fransa Hind-Çininin bir hissəsi olmuşdu. Bura həmçinin, Vyetnamın digər iki regionu – cənubda Koxinxina və şimalda Tonkin daxil idi. Regionda ikili Fransa və Vyetnam administrasiyası sistemi var idi.
Tarixi dövlət | |||
Annam | |||
---|---|---|---|
|
|||
|
|||
Paytaxt | Hyue | ||
Vikianbarda əlaqəli mediafayllar |
Nquyen sülaləsinin hökuməti hələ də Annam və Tonkini Daynam imperiyası kimi idarə edirdi, imperator isə Hyuedə yaşayırdı. 1948-ci ildə protektorat Vyetnamın Müvəqqəti Mərkəzi Hökumətinə birləşdirilmişdi, lakin bu, növbəti il yeni qurulan Vyetnam Dövləti ilə əvəz olunmuşdu. 1949-cu ildə Yelisey sazişlərini imzaladıqdan sonra Fransa 1950-ci ildə Baoday və Vyetnam Dövlətinin hökumətinə suverenliyin verilməsi haqqında müqavilə rəsmi imzalanana qədər qanuni olaraq buradakı protektoratını qorumuşdu. Region 1954-cü il Cenevrə Konfransına əsasən kommunist Şimali Vyetnam və antikommunist Cənubi Vyetnam arasında bölünmüşdü.
Fransa hakimiyyəti dövründə sənaye çox az idi. İqtisadiyyat kənd təsərrüfatına əsaslanırdı. Əsasən sahilboyu kiçik deltalarda və bəzi rayonlarda bitən çəltik əkilməsi ildə iki dəfə məhsul verirdi. Həmçinin, balıq ovu, balıq duzlaması və balıq sousunun hazırlanması da populyar idi.[1]
İpək əyirmə və toxuculuq fəal şəkildə aparılırdı. Hazırlanan digər məhsullar çay, tütün, pambıq, darçın, qiymətli ağaclar və kauçuk idi. Qəhvə, istiot, şəkər qamışı və jüt də az miqdarda becərilirdi. Regionun ixracatı çay, xam ipək və az miqdarda pambıq, düyü və şəkər qamışından ibarət idi. İdxallara düyü, dəmir məmulatları, un, şərab, tiryək və pambıq məmulatları daxildir. Dananq yaxınlığında kömür mədənləri fəaliyyət göstərirdi, dağlarda baş verən qızıl, gümüş, qurğuşun, dəmir və digər metallar çıxarılırdı.[1] Annamlı qadın və uşaqların Çinə insan alveri 1870-ci ildən 1940-cı illərə qədərki dövrdə baş tutmuşdu.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.