Andrea Boçelli
İtaliya müğənnisi / From Wikipedia, the free encyclopedia
Andrea Boçelli (it. Andrea Bocelli; 22 sentyabr 1958[1][2][…], Layatiko[d], Toskana) — İtalyan tenor, bəstəkar, müğənni və albom prodüseri.[3] Müğənni Selin Dion onun haqqında: "Əgər Allahın oxumağa səsi olsa, bu səs Andrea Bocellinin səsinə oxşamalıdır" deyib. Prodüser və bəstəkar Devid Foster isə Andrea Bocellinin səsini "dünyanın ən gözəl kişi səsi" kimi təsvir edir.[4][5]
Andrea Boçelli | |
---|---|
it. Andrea Bocelli | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 22 sentyabr 1958(1958-09-22)[1][2][…] (65 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Uşaqları | 3 (Matteo Boçelli daxil olmaqla) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | mahnı yazarı[d], müğənni-mahnı yazarı, musiqi prodüseri, opera müğənnisi, vəkil, bəstəkar, pianoçu, gitaraçı, saksofonçu[d], truba ifaçısı[d] |
Fəaliyyət illəri | 1992-ci ildən |
Janr | opera |
Səs tembri | tenor |
Albom şirkətləri | Decca Records[d], Universal Music Group[d] |
Təhsili | |
Mükafatları | |
andreabocelli.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1992-ci ildən bəri Boçellinin 90 milyondan çox albomu satılıb.[6][7]
Zəif görmə ilə doğulan Boçelli, on iki yaşında futbol oynayarkən keçirdiyi qəza nəticəsində görmə qabiliyyətini tam itirib.
1994-cü ildə Sanremo Musiqi Festivalının "Yeni gələnlər bölümü"ndə "Il mare calmo della sera" mahnısı ilə qalib olmuşdur. Beynəlxalq şöhrətinə böyük təkan verən Con te partirò (Sağollaşmaq vaxtıdır) adlı mahnı ilə Avropada uzun müddət musiqi listlərinin, hit mahnıların başında yer almışdır.
1998-ci ildə adı People jurnalında dərc edilən "50 ən gözəl/yaraşıqlı insan" siyahısında yer alıb.[8] 1999-cu ildə Qremmi Mükafatının Ən Yaxşı Yeni Sənətçi nominasiyası üzrə namizəd olub. "Quest for Camelot" animasi filmi üçün yazılmış, Selin Dionla duet oxuduğu "The Prayer" mahnısı ilə, Qızıl Qlobus Mükafatının Ən Yaxşı Orijinal mahnı nominasiyası üzrə qalib, Oskar Mükafatının Ən Yaxşı Orijinal Mahnı nominasiyası üzrə isə namizəd olmuşdur.[3] "Secret Arias" albomu ilə Ginnesin Rekordlar Kitabına düşüb. Həmin albomla "ABŞ Klassik Albomlar" siyahısında 3-cü yerə sahibdir.[3]