And dağları
From Wikipedia, the free encyclopedia
And dağları (isp.: Andes; Cordillera de los Andes), (Andes, anta sözündən, inklərin dilində – mis, misli dağlar) — Cənubi Amerika qitəsinin Sakit okean sahili boyunca uzanan və dünyada ən uzun dağ silsiləsi. Cənubi Amerikanı şimaldan və qərbdən əhatə edir. Kordilyer dağlarının cənub hissəsidir. Yeddi ölkənin ərazisində yerləşir: Venesuela, Kolumbiya, Ekvador, Peru, Boliviya, Çili və Argentina.
And | |
---|---|
Cordillera de los Andes | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 6960,8 m |
Uzunluğu | 9 000 km |
Eni | 500 km |
Sahəsi | 4.500.000 km² |
Hündür nöqtəsi | Akonkaqua |
Yaranma dövrü | Mezozoy |
Süxurları | maqmatik və metamorfik |
Yerləşməsi | |
32°39′12″ c. e. 70°00′42″ q. u. | |
Ölkələr | |
Vikianbarda əlaqəli mediafayllar |
Yer kürəsinin ən uzun (təqr. 9000 km) və ən yüksək dağ sistemlərindən biri.
Cənubi Amerikanın bütün qərb sahilini əhatə edir. Venesuelladan başlayıb Kolombiya, Ekvador, Peru, Boliviya, Argentina və Çiliyə kimi uzanır. Bu yeddi dövlət eyni zamanda And ölkələri olaraqda tanınırlar.
And dağları şimaldan cənuba uzunluğu 7000 km'dir. Enliliyi 200–700 km arasında dəyişir. Ortalama hündürlüyü 4000 metrdir. Andların ən yüksək dağı 6.962 m olan Argentina və Çili sərhəddindəki Aconcaguadır. Yan-yana bir çox silsilədən ibarət olmaqla bərabər Cordillera Oriental (Şərq Sıradağları) və Cordillera Occidental (Qərb Sıradağları) olmaqla iki böyük silsilədən ibarətdir. [And Dağları], Venesuella, Kolombiya və Ekvador sərhəddində yer alan Şimali Andlar, Peru, Çili və Boliviya sərhəddində yer alan Orta Andlar, Çili ve Argentina sərhəddində yer alan Cənubi Andlar olmaqla üç hissədən ibarətdir. And dağlarının yaşı 60 milyona yaxındır.