![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/cf/Bridge_over_the_Khrami_in_Imiri%252C_Georgia..jpg/640px-Bridge_over_the_Khrami_in_Imiri%252C_Georgia..jpg&w=640&q=50)
Anaxatır
Gürcüstan və Azərbaycanda çay / From Wikipedia, the free encyclopedia
Anaxatır və ya Xram (gürc. ხრამი (Xrami)) — Gürcüstan və Azərbaycanda çay. Kür çayının sağ qolu.[3] Başlanğıcını Kiçik Qafqaz dağlarının Ərcivan dağ silsiləsinin Gürcüstan Respublikasının Samtsxe-Cavaxeti mxaresinin Borjomi bələdiyyəsi ərazisində yerləşən Tsxratskaro dağ keçidinin (2 454.3 m)[4] ətəyindən, 2 422[1] m hündürlükdən götürür.[5][6] Çayın illik orta su sərfi 1 km³/san-dir.[7] Borjomi bələdiyyəsinin ərazisindən başlayan çay Aşağı Kartli mxaresinin Barmaqsız, Ağbulaq, Çörük Qəmərli və Sarvan bələdəyyələrindən axaraq Azərbaycan Respublikasının Qazax rayonunun II Şıxlı kəndi yaxınlığında Kür çayına tökülür.[8]
Anaxatır | |
---|---|
azərb. Anaxatır, gürc. ხრამი (Xrami) | |
![]() İmir kəndində Anaxatır çayı üzərində körpü | |
Ölkə | |
Keçdiyi ərazilər |
![]() ![]() |
Mənbəyi | Tsxratskaro dağ keçidi |
• Yüksəkliyi | 2 422[1] |
Mənsəbi | Kür |
• Yüksəkliyi | 254[1][2] |
Uzunluğu | 201[1] |
Meyilliyi | 10.78 m/km |
Su sərfi | 51.7[1] |
Su hövzəsi | Xəzər |
Hövzəsinin sahəsi | 8 340[1] |
|
|
![]() |
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/35/KhramiRiver800px.svg/640px-KhramiRiver800px.svg.png)
Anaxatır çayının uzunluğu 201 km, hövzəsinin sahəsi 8.340 km²-dir.[1] Çayın hövzəsinin 4.378 km²—lik qismi Ermənistanın ərazisində yerləşir.[1]