Anatoli Abramov (ədəbiyyatşünas)
From Wikipedia, the free encyclopedia
Anatoli Mixayloviç Abramov (rus. Анатолий Михайлович Абрамов; 5 dekabr 1917, Kaçalinskaya[d] – 17 fevral 2005, Voronej) — SSRİ və Rusiya ədəbiyyatşünası. O, 1970-ci ildən filologiya elmləri doktoru, 1991-ci ildən professor olmuşdur.[1] Abramov Rusiya Federasiyasının əməkdar elm xadimi, Rusiya Yazıçılar İttifaqının üzvü, "Podyom" jurnalının redaksiya heyətinin üzvü, Paris şəhərində yerləşən Beynəlxalq Ədəbiyyat Tənqidçiləri Assosiasiyasının üzvü idi.[2] Əsas maraq dairəsi sovet dövrünün rus ədəbiyyatıdır.[1]