Amundsen dənizi
From Wikipedia, the free encyclopedia
Amundsen dənizi — Cənub okeanının akvatoriyasında, Antarktidanın qərbində, Meri Berd Torpağı sahilində yerləşir. İl boyu buzla örtülü olur. Şərqdə Terston, qərbdə isə Dart burnu ilə əhatələnir. Şərq hissədə Terston adasının bir hissəsi Bellinshauzen dənizinə, digər hissəsi isə Amundsen dənizinin sularına daxildir. Sahəsi 98,000 km² , orta dərinliyi 286 m təşkil edir. Şelf ərazisində çökmə suxurlarla örtülüdür. Şelf ərazisində 400–500 m arasında dəyişir. Duzluğu 33,5 ‰ -dir. Yayda suyun duzluğu nisbətən aşağı düşür. Dəniz bütünlüklə qütb en dairəsi daxilində yerləşir. Ən böyük dərinlik 585 m təşkil edir. Burunlar arasında sahil xəttinin uzunluğu 850 km təşkil edir. Dəniz əlcatmaz , sərt və az ziyarət olunan dənizdir. Bu səbəbdə indiyənə qədər hec bir gəmi onun sahilinə yan ala bilməşişdir. Məhz bu ərazidə Ceyms Kuk Antraktika sahillərinə yan almağa cədh göstərmişdir.
Amundsen dənizi | |
---|---|
rus. Море Амундсена | |
| |
Ümumi məlumatlar | |
Tip | Materik kənarı |
Mütləq hündürlüyü | 0 m |
Sahəsi | 98,000 km² |
Dərin yeri | 585 m |
Orta dərinliyi | 286 m |
Duzluluğu | 33,5 ‰ |
Yerləşməsi | |
73°00′00″ c. e. 110°00′00″ q. u. | |
Ölkə | Antarktida |
Üst akvatoriyası | |
Yerləşməsi | Qərbi Antarktida |
Vikianbarda əlaqəli mediafayllar |