Amplitud modulyasiyası
From Wikipedia, the free encyclopedia
Amplitud modulyasiyası(AM) — radio daşıyıcı siqnallar vasitəsilə informasiyanı ötürmək üçün elektron rabitədə istifadə edilən modulyasiya texnikası. AM göndərilmiş dalğa formasının nisbətlərinə görə daşıyıcının amplitudunu dəyişməklə işləyir.
Bu dalğa forması televiziya pixsellərinin işıq intensivliyi və ya səsucaldan ilə yenidən hasil olunmuş səslərinə uyğun gələ bilər. Bu modullaşan siqnal ilə fazası müxtəlif olan faza modulyasiyası və daşıyıcı siqnal tezliyi müxtəlif olan tezlik modulyasiyası ilə ziddir.
Amplitud modulyasiyası radio ilə səs ötürmək üçün istifadə edilən ən erkən modulyasiya metodu idi. Bu Reçinald Fessendenin 1900-cü ildə radio-telefon təcrübələri ilə XX əsrin ilk 20 ilində inkişaf etdi. Amplitud modulyasiyası rabitənin çox formasında bu gün də istifadə olunur: məsələn, kompüter modemlərində, portativ ikitərəfli radoilarda və s. istifadə olunur.