Alyaska yupikcəsi
From Wikipedia, the free encyclopedia
Alyaska yupikcəsi və ya qısaca Yupikcə (öz dilində olan adı: Yugtun ; İngilis dilində Yupʼik və ya Central Alaskan Yupʼik) – Amerika Birləşmiş Ştatlarının qərb və cənub-qərbi Alyaska ştatında Alyaska yupikləri tərəfindən danışılan Eskimos-Aleut dil ailəsinin Yupik dilləri qrupundan bir Eskimos dili.
Alyaska yupikcəsi | |
---|---|
Ölkə | Amerika Birləşmiş Ştatları (Alyaska) |
Danışanların ümumi sayı |
|
Təsnifatı | |
|
|
Yazı | latın əlifbası |
Dil kodları | |
ISO 639-1 | — |
ISO 639-2 | — |
ISO 639-3 | esu |
Dilin strukturlarının dünya atlası | yun, ych, ypk |
Atlas of the World’s Languages in Danger | 690, 691 |
Ethnologue | esu |
Linguasphere | 60-ABA-c |
ELCat | 845 |
IETF | esu |
Glottolog | cent2127 |
Yupikcənin de facto yazı dili olan forması Yukon və Kuskokwim çayları ətrafında danışılan dialektdir. Yupiklər 23.000 olan nüfuslarıyla Alyaskanın ən sıxlıq yerli xalqıdır. Lakin, ancaq 14.000 dən bir az çoxu[1] ana dilindən danışa bilir. Yenə də bu rəqəm Yupikcəyi Alyaskada ən çox danışanı olan yerli dil edər.
1900-cü illərdə ana dili Yupikcə olan Uyaquk adlı biri tərəfindən icad edilən heca yazısıyla (Alyaska yazısı və ya Yugtun yazısı) da nümunələri olsa da, rus dövründə kiril əlifbası istifadə edilmişdir. 1960-cı illərdə, Irene Reed və başqaları tərəfindən Alyaska Yerli Dil Merkezində (ANLC) tətbiq olunan Latın mənşəli əlifba, 1970-ci illərdə müvəffəqiyyətə çatan bir proqramın nəticəsidir. Bu gün Yukon və Kuskokwim dialektlərində (Yupʼik) daha çox olmaq üzrə, Hooper Bay ilə Chevak bölgəsinin dialekti (Cupʼik) və Nunivak adasının dialekti (Cupʼig) üzərinə də qısa qısa hekayələr halında dərs kitabları çıxır.[2] Alyaska Yerli Dil Mərkəzi ilə koordinasiyalı şəkildə 17 qəsəbədə Yupikcə təhsil və tədrisi aparılır