![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/94/Alternariosis_2.jpg/640px-Alternariosis_2.jpg&w=640&q=50)
Alternariozlar
From Wikipedia, the free encyclopedia
Alternariozlar, – Alternaria cinsindən olan göbələklərin törətdiyi bitki xəstəliyi. Alternariozlar kartofda, tərəvəzdə, dənli, texniki və başqa bitkilərdə olur. Kələmkimilər fəsiləsindən olan bitkilərin bütün yer üstü hissələrini zədələyir; tünd ərplə örtülmüş ləkələr şəklində təzahür edir. Alternariozlar məhsulu azaldır, onun keyfiyyətini pisləşdirir. Xəstəlik törədiciləri toxumlarda, bitki qalıqlarında, alaq otları üzərində sporlar və mitseli şəklində qalır. Mübarizə tədbirləri: davamlı sortlar seçmək, toxumları dərmanlamaq, növbəli əkin tətbiq etmək, bitki qalıqlarını məhv etmək, icazə verilən fungisidlər çiləmək.
Cəld faktlar MeSH ...
Alternariozlar | |
---|---|
![]() 69 yaşlı yaşlı qadının sol qolunda müşahidə olunan Alternariozlar xəstəliyi. | |
MeSH | D060487 |
Bağla