Aleksandr sütunu
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Aleksandr sütunu (bəzən onu Aleksandr Puşkinin "Abidə" şeirinə əsasən "İsgəndəriyyə sütunu" adlandırırlar) — Sankt-Peterburq Saray meydanın mərkəzində yerləşən ampir üslubundakı abidə. Ermitaj muzeyinin tərkibində yerləşir.[1] 1834-cü ildə memar Ogüst Monferran tərəfindən imperator I Nikolayın göstərişi ilə onun böyük qardaşı I Aleksandrın Napoleon Bonapart üzərində qazandığı qələbəyə xatirə olaraq ucaldılmışdır.
Aleksandr sütunu | |
---|---|
Александровская колонна | |
59°56′21″ şm. e. 30°18′57″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Sankt-Peterburq |
Yerləşir | Saray meydanı |
Aidiyyatı | Çar Rusiyası |
Memar | Ogüst Monferran |
Sifarişçi | I Nikolay |
Tikilmə tarixi | 1829 - 1834 |
Üslubu | obelisk |
Hündürlüyü | 47,5 m |
Rusiya Federasiyasının milli irsi | |
İstinad nöm. | 7810516000 |
Mühafizə dərəcəsi | Federal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bu abidə 1812-ci il Vətən müharibəsində qələbəyə həsr olumuş Baş qərargahın tağı kompozisiyasını tamamlamışdır. Abidənin inşası ideyasını məşhur memar Karlo Rossi vermişdir. Saray meydanının məkanını planlaşdırarkən, o meydanın mərkəzində abidə qoymağın vacib olduğunu bildirmişdir. Lakin o daha bir abidənin — I Pyotrun atla olan heykəlinin ucaldılması ideyasını rədd etmişdir.
1829-cu ildə imperator I Nikolayın dilindən öz "unudulmaz qardaşının" xatirəsi üçün müsabiqəni rəsmən elan etmişdir."[2] Ogüst Monferran bu çağırışa möhtəşəm qranit obelisk eskizi ilə gəlsə də, bu variant imperator tərəfindən bəyənilməmişdir.
Bu layihənin eskizi hal-hazırda Mühəndislər institutunun kitabxanasında saxlanılır. Monferran 25,6 m (84 fut və ya 12 sajen) hündürlüyündə qranit obelisk ucaldılmasını təklif etmişdir. Obeliskin üz hissəsini medalyer qraf Fyodr Tolstoyun 1812-ci il müharibəsi zamanı baş verən hadisələri özündə birləşdirən məşhur medalyonların təsvir olunduğu barelyeflərlə bəzədilməsi təklif edilmişdir. Pyedestalda "Xeyir dua olunmuş — Rusiya" yazısının yazılması da planlaşdırılmışdı. Pyedestalda memar at üstündə olan atlının ayaqları ilə ilanı tapdalaması; önündə ikibaşlı qartalın uçması; atlının arxasınca at üstündə onu çələnglə bəzəyən qələbə ilahəsinin təsvir olunması da nəzərdə tutulmuşdur.
Layihənin eskizində obeliskin dünyadakı bütün məşhur monolitləri öz hündürlüyü ilə keçəcəyi də qeyd olunmuşdur (Domeniko Fontananın müqəddəs Pyotr kilsəsi önündə ucaltdığı obeliskdən də hündür olacağı gizli şəkildə göstərilmişdir). Layihənin təsviri hissəsi akvarel texnikası ilə edilmiş və bu, Monferranın təsviri sənətin müxtəlif istiqamətlərində yüksək dərəcədə ustalığa malik olmasını sübut etmişdir. Lakin bu layihə bəyənilməsə də, ona sütun ucaltmaq göstərişi verilmişdir.
Sonradan reallaşdırılacaq ikinci layihə Vandom sütununu (Napoleon qələbələrinin şərəfinə ucaldılmışdır) öz hündürlüyü ilə keçəcək sütunnın ucaldılmasını özündə birləşdirirdi. Mənbə kimi Monferranın ilham mənbəyi Romadakı Trayan sütunu olmuşdur. Layihənin dar çərçivələri memara məşhur ümumdünya nümunələrinin təsirindən yan keçməyə imkan verməmişdir. Onun yeni hazırlayacağı layihə onun sələflərinin ideyalarının sadəcə az miqdarda görkəm dəyişikliyinə uğramış versiyası olacaqdı. Rəssam öz individuallığını göstərərək , əlavə bəzəklərin istifadəsindən imtina etmişdir. Monferran öz monolitinin hündürlüyünü 25,6 m uzunluğunda etmişdir. Bu, mövcud olan bütün monolit sütunlarından hündür idi. Bu yeni görkəmdə olacaq layihə 1829-cu il 24 sentyabr tarixində dövlət tərəfindən təsdiqlənmişdir.
Aleksandr sütununun tikintisi 1829–1834-cü illərdə aparılmışdır. 1831-ci ildən sütunun ucaldılmasına cavabdehlik "İsaakiya kilsəsi tikinti komissiyasının" sədri olan qraf Culio Littaya tapşırılır.[3]
Qranit monolitin-sütunun əsas hissəsi üçün heykəltaraşın Finlandiyaya keçmiş səfəri zamanı nəzərdə tutduğu qayadan istifadə olunmuşdur. Onun əldə edilməsi və lazımi görkəmə salınması işləri 1830–1832-ci illərdə Püterlak daşyonma emalatxanasında aparılmışdır. Bu işlər Suxanovun metoduna əsasən aparılırdı.
Bu qayanın material olaraq yaradığını bildirdikdən sonra öz ölçüləri ilə adamı heyrətləndirən gələcək sütunnın prizması yonulur. Qayanı yerindən tərpətmək üçün şam ağaclarından hazırlanan vasitələrlə, iri rıçaqlar və darvazadan istifadə olunmuşdur. Bundan sonra qayadan abidənin bünövrəsi üçün iri daşlar yonulmuşdur. Onlardan ən böyüyünün çəkisi təxminən 25 000 pud(400 tondan çox) ağırlığında idi. Onların Sankt-Peterburqa gətirilməsi su yolu ilə aparılmış və bunun üçün xüsusi barka konstruksiya olunmuşdur.
Daşınma işləri ilə gəmi mühəndisi polkovnik Konstantin Qlazırin məşğul olurdu. O, 65 000 puda qədər (1100 ton) yükdaşıma qabiliyyətinə malik "Müqəddəs Nikolay" adını almış xüsusi botu konstruksiyalaşdırmış və tikdirmişdir.[2] Yükdaşıma işlərinin yerinə yetirilməsi üçün xüsusi mol yaradılmışdır. Bütün çətinliklərin öhdəsindən gəlinərək sütun göyərtəyə yükləmiş və monolit Kronştadta iki paroxodla aparılmışdır. Oradan isə Sankt-Peterburqun saray sahilinə çatdırılacaqdı. 1832-ci il 1 iyul tarixində sütunun mərkəzi hissəsi Sankt Peterburqa gətirilmişdir. Yuxarıda sadalanan bütün işlərə tacir oğlu V. A. Yakovlev başçılıq etmişdir. Yerdə qalan işlərə isə O. Monferran özü rəhbərlik etmişdir. Yakovlevin işgüzarlıq keyfiyyətləri, qeyri-adi dərrakəsi Monferran tərəfindən qiymətləndirilmişdir.[4] O, sərbəst hərəkət etməyə başlamış və layihə ilə bağlı bütün maliyyə və digər bu kimi riskləri öz üzərinə götürmüşdür. Bu aşağıdakı sözlərdə tam təsdiqini tapır:
Əvvəlki sizə aid olan çətin işlərə görəYakovlevin işi bitmişdir, ümid edirəm ki, sizin də onunkundan az olmayan uğurunuz olacaq.
1829-cu ildən Sankt-Peterburqun Saray meydanında sütunun bünövrəsi, pyedestalının hazırlanması və tikintisi işlərinə başlanılmışdır. Bu işlərə O. Monferran özü rəhbərlik edirdi. İlk əvvəl yerin geoloji kəşfiyyatı aparılmış, nəticədə meydanın mərkəzinin yaxınlığında 17 fut (5,2 m) dərinliyində qumlu materikə oxçayan bir yer aşkar edilmişdir. 1829-cu ilin dekabrından sütunun yeri təsdiqlənmiş və özül üçün 6 metr uzunluğundan 1250 şam ağacından dirəklər kəsilmişdir. Sonra çuxurun dibini su ilə doldurub meydançanın üfüqiliyini təmin etmək üçün dirəkləri su güzgüzünün səviyyəsi üzrə kəsirdilər.
Bu üsul Rusiya imperiyasında tikinti və nəqliyyat işlərinin təşkilatçısı, memar və mühəndis general-leytenant Avqustin Betankur tərəfindən təklif edilmişdir. Əvvəllər buna oxşar texnika ilə İsaakiya kilsəsinin bünövrəsi qoyulmuşdur. Abidənin fundamenti yarımmetrlik enə malik daş qranit bloklardan tikilmişdir. Onun mərkəzində 1812-ci il qələbəsinin şərəfinə zərb edilmiş monetalarla dolu olan bürünc mücrü qoyulmuşdur.
İşlər 1830-cu ilin oktyabrında tamamlanmışdır.
Fundamentin qoyulmasından sonra Püterlak daşyonma emalatxanasından pyedestalın əsasını təşkil edəcək 400 ton ağırlığında olan monolit gətirilmişdir. Bu cür nəhəng monolitin mühəndislik məsələsi O. Monferran tərəfindən aşağıdakı şəkildə həll olunmuşdur:
1. Monolitin fundamentdə qoyulması
"Çünki bu zaman yer elə titrəyirdiki, həmin an meydanda olanlar yeraltı zərbənin baş verdiyini hiss edirdilər."
Monolitin dəqiq qoyulması
Bloklar vasitəsilə atılmış kanatları doqquz kabestanla dartaraq daşı azacıq da olsa bir metr uzunluqda hündürlüyə qaldırdılar. İşlər qış vaxtı aparıldığından mən araqla sementi qarışdırmağı və sabunun 1/10 hissəni əlavə etməyi əmr etdim. Daş əvvəlcə yerinə düzgün otuzdurulmadığından onu xüsusi yüngüllüklə iki kabestanın köməyi ilə bir neçə dəfə dartmaq gərək oldu. İşin asanalaşdırılmasının əsas səbəbi məhlula sabun qatılması idi. Pyedestalın yuxarı hissələrinin qoyulması qaldırma mexanizminin çox hündür və növbəti pillələrin kiçik ölçülü daşlardan təşkil olunmasına baxmayaraq, kifayət qədər sadə bir məsələ idi. Bununla yanaşı işçilər artıq təcrübə əldə etmişdilər.
1832-ci ilin iyuluna kimi monolitin pyedestalı artıq quraşdırılmışdır. Bundan sonra ən çətin məsələ- sütunun pyedestala quraşdırılması işinin vaxtı gəlib çatmışdı. 1830-cu ilin dekabrında general-leytenant Avqustin Betankur İsaakiya kilsəsinin sütunlarının qoyulması zamanı orijinal bir qaldırma sistemi konstruksiyalaşdırmışdır. Buna aid idi: 22 sajen (47 m) hündürlüyündə tikini meşələri, 60 blok sistemi və kabestan. O bunlardan aşağıdakı şəkildə istifadə edirdi:
Mail səth üzrə sütunu meşələrin ətəyində yerləşən xüsusi platformaya diyirlədib və çoxlu kanatlar vasitəsilə blokları bərkidirlərmiş;
Blokların başqa bir sistemi meşələrin üst hissəsində idi.
Bütün hazırlıq işlərinin yekunlaşdırılmasından sonra qaldırma üçün xüsusi gün təyin edilmişdi.
1832-ci il 30 avqust tarixində bu hadisəyə tamaşa etmək üçün xalq kütləsi yığılmışdır. Onlar Baş ştabın damı və pəncərəsi də daxil olmaqla bütün meydanı tutmuşdular. Qaldırılma prosesinə imperator və onun bütün ailə üzvləri də gəlmişdir. Sütunun Saray meydanında şaquli vəziyyətdə qoyulması üçün 2000 əsgər və 400 işçi qüvvəsi cəlb olunmuşdu. 1 saat 45 dəqiqə ərzində monolit pyedestalın üzərinə qoyulmuşdur. Komandadan sonra kanatlar kəsilir və sütun öz yerində dayanır. Bundan sonra xalqın "Ura!" sədaları eşidilməyə başlayır. İmperatorun özü isə işin uğurla yekunlaşmasından çox məmnun qalır. O yekunlaşmış işlə bağlı Ogüst Monferrana bu sözləri söyləmişdir:
“Monferran, Siz özünüzü ölümsüz əbədiləşdirdiniz”. |
Sütunun qoyulmasından sonra pyedestalda barelyef plitələrini və dekor elementlərini bərkitmə işləri və həmçinin sütunun yekun polirovka (hamarlama) işləri qalmışdır. Sütunun üzərində yarımdairəvi üstə malik bürünc silindrik pyedestal qoyulmuşdur.
Sütunun tikintisi ilə paralel olaraq O. Monferran 1830-cu ilin sentyabrında I Nikolayın istəyi ilə [[Qış Sarayına baxan heykəlin yerləşdirilməsi işi üzərində çalışmağa başlayır. Əvvəlki layihədə sütunu ilan sarılmış xaç tamamlamalı idi. Bundan başqa, İmperator İncəsənət Akademiyasının heykəltaraşları tərəfindən əllərində xaç tutan mələk fiqurlarının qoyulması variantları da verilmişdir. Həmçinin müqəddəs knyaz Aleksandr Nevskinin fiqurunun qoyulması variantı da mövcud idi.
Yekunda heykəltaraş Boris Orlovski tərəfindən hazırlanmış əlində xaç tutan mələyin təsvir edilməsi qəbul edildi. Bu fiqurun özünəməxsus simvolika ilə seçilirdi. Belə ki, bununla heykəltaraş "Сим победиши!" sözlərini təcəssüm etdirmişdir:[5]:
Roma imperatoru olan Böyük Konstantin (274–337) anası Yelenanı Yerusəlimə yola daldığı zaman demişdir:
- Üç döyüş zamanı mən səmada xaç gördüm. Onun üzərində “Сим победиши!” yazısı var idi. Onu tap!
- Tapacam – anası ona belə cavab vermişdir. |
Abidənin tamamlama və hamarlama işləri 2 il ərzində aparılmışdır.
Abidənin açılışı 1834-cü il 30 avqust (11 sentyabr) tarixində baş tutmuşdur. Açılış mərasimində imperator və ailəsi, diplomatik korpus, 100 minlik rus ordusu və rus ordusunun nümayəndələri iştirak etmişdir. Bu mərasim pravoslav ənənələrinə uyğun olaraq sütunun yanında imperator və ordunun diz çökərək xeyir dua alması ibadətilə başlamışdır. Sonra meydanda hərbi parad keçirilmişdir. Bu paradda 1812-ci il Vətən müharibəsi zamanı fərqlənmiş polklar iştirak etmişdir. Ümumilikdə paradda 100 minə yaxın şəxs iştirak etmişdir.[6]:
“....Həmin anda üç top atəşindən sonra bütün küçələrdən, elə bil yerdən doğulan kimi baraban sədaları, Paris marşının sədaları altında rus ordusunun sütunlarının keçməsini heç bir qələm təsvir edə bilməz... Dünyada görünməyən bu şey 2 saat davam etdi.... Axşam uzun müddət işıqlı şəhərin küçələrində səs-küylü kütlələr dolanırdı. Nəhayət, işıqlandırma söndürüldü, küçələr getdikcə boşaldı, insansız meydanda möhtəşəm sütun özünün tək saatdarı ilə tənha qaldı.” Şair Vasili Jukovskinin xatirələrindən |
Bu hadisənin şərəfinə həmin ildə 15 min tirajda xatirə rublları zərb edilmişdir.[7]
Aleksandr sütunu antik zəfər tikililərini xatırladır. Abidə öz formasının lakonizmliyi, siluetinin gözəlliyi, proporsiyaların dəqiqliyi ilə insanı heyrətləndirir. Bu dünyada bütöv qranitdən hazırlanan və hündürlüyünə görə üçüncü yerdə olan abidədir. Digər ikisi isə Bulon-sur-Merdə qoyulmuş Böyük Ordu Sütunu və Londonda Trafalqar meydanında yerləşən Nelson sütunudur. Aleksandr sütunu digər analoji abidələrdən: Parisdəki Vandom sütunundan, Romadakı Trayan sütunundan və İsgəndəriyyədəki Pompey sütunundan hündürdür.
Sütun heç bir əlavə dayaq olmadan qranit özülün üstündə dayanır.
Sütunun pyedestalı dörd tərəfdən bürünc barelyeflərlə bəzədilmiş, 1833–1834-cü illərdə Çarlz Berdin zavodunda hazırlanmışdır.
Pyedestalın bəzədilməsində böyük müəllif kollektivi işləmişdir: eksiz rəsmlərini O. Monferran etmiş, kartonda isə rəssamlar Covanni Skottu, V. Solovyov, Tverskoy, F. Brullo. Markov çalışmışdılar. İkibaşlı qartal modelini heykəltaraş İ. Leppe hazırlamış, digər bəzəkləri isə E. Balin hazırlanmışdır. Sütunun pyedestalındakı barelyeflər alleqorik formada rus silahının və rus ordusunun qələbəsini şöhrətləndirir.
Barelyeflərdə Moskvadakı Silah Palatasından qorunub saxlanılan qədim rus dəmir geyimləri, dəbilqələri, qalxanları, o cümlədən Aleksandr Nevski və Yermaka aid edilən dəbilqələr, X əsrə aid Oleqin qalxanı təsvir edilmişdir.
Bu qədim rus təsvirlərinin fransız Monferranın əsərində peyda olmasının başlıca səbəbkarı Rəssamlıq Akademiyasının o vaxtkı prezidenti olan və rus keçmişinin böyük təbliğatçısı olan Aleksey Olenin olmuşdur.
Döyüş sursatlarından başqa, pyedestalın şimal tərəfində alleqorik fiqurlar təsvir olunmuşdur: əllərində düzbucaq lövhə tutan qanadlı qadın fiqurları təsvir olunmuşdur. Bu lövhə üzərində bu sözlər yazılmışdır: "I Aleksandra minnətdar olan Rusiya". Lövhə üzərində Silah palatasında olan döyüş sursatları nümunələrinin dəqiq surəti də təsvir olunmuşdur.
Simmetrik olaraq yanlardan qoyulan fiqurlar isə Napoleonun rus ordusunu izləməsi zamanı rus ordusu tərəfindən keçilən Visla və Neman çaylarını simvolizə edir.[8][9],
Digər barelyeflərdə döyüşlərin tarixini yazan Qələbə və Şöhrət təsvir olunmuş, bundan başqa pyedestalda "Qələbə və Sülh", "Müdriklik və Bolluq" alleqoriyaları da (Sülhün qalxanında 1812, 1813 və 1814-cü illər yazılmışdır) təsvir olunmuşdur. Pyedestalın yuxarı künclərində caynaqlarında polad qirlyand tutan ikibaşlı qartallar təsvir olunmuşdur. Pyedestalın üz tərəfindən dairənin içərisində, palıd çələngi ilə bəzənmiş "hər şeyi görən göz" və "1812-ci il" yazısı təsvir olunmuşdur.
Daş sütun özündə çəhrayı qranitdən hamarlanmış bütöv elementi özündə birləşdirir . Abidəni Boris Orlovskinin işi olan mələk fiquru bəzəyir. Sol əlində mələk dörd künclü latın xaçını tutmuş, sağ əlini isə səmaya doğru qaldırmışdır. Mələyin baxışları aşağıya doğru yönəlmişdir. Sütunnın özünün Vandom sütunsından hündür olmasına baxmayaraq, mələk fiqurunun da hündürlükdə Vandom sütunsundakı qoyulmuş Napoleon fiqurunu üstələdiyi açıq aşkardır. Bundan başqa mələyin əlində tutduğu xaça ilan sarılmışdır. Bu isə Napoleon ordusu üzərindəki qələbədən sonra Rusiyanın Avropaya gətirdiyi sülh və dincliyi simvolizə edir. Ogüst Monferranın ilkin layihəsinə əsasən sütunun yuxarısındakı mələk fiquru sonradan götürülmüş polad çubuğa dayanmışdır. Lakin 2002–2003-cü illər restavrasiyası zamanı məlum olmuşdur ki, mələk bürüncdən hazırlanan kütləsini öz hesabına saxlayır. [10] Heykəltəraş mələk heykəlinin üz cizgilərini I Aleksandrın üz cizgilərinə oxşar şəkildə vermişdir. Digər bir versiyaya görə, mələk fiqurunun üz cizgiləri Peterburqlu şairə Yelizaveta Kulmanın üz cizgiləridir.[11]
Aleksandr sütunsı 1,5 m-ə yaxın hündürlükdə O. Monferranın layihəsinə əsasən hazırlanmış dekorativ bürünc hasar ilə əhatə olunmuşdur. Hasar 136 ikibaşlı qartal və 3 başlı qartalların bəzədiyi 12 zəfər topu bəzəyir. Hasarın darvazasında müəllifin ideyasına əsasən qıfıllar asılmışdır.[12] Bundan başqa layihədə mis fanarlarla olan kandelabr və qaz işıqlandırılmasının qoyulması da planlaşdırılmışdır.
Orada özünün orijinal görkəmi ilə 1834-cü ildə qoyulsa da, bütün elementlərin hamısı isə 1836–1837-ci illərdə quraşdırılmışdır. Hasarın şimal-şərq küncündə qarovul budkası vardı. Burada parad qvardiya formasını geyinmiş , gecə və gündüz abidəni qoruyan və meydanda sakitçiliyə baxan əlil otururmuş.[13]
Aleksandr sütununun ucaldılması zamanı belə bir şayiələr gəzirdi ki, guya bu monolit İsaakiya kilsəsi üçün hazırlanan sütunlar sırasında təsadüfən belə alınmışdı. Guya bu qeyri-adi uzunluqda sütunu əldə etdikdən sonra bu daşın Saray meydanında istifadə olunması qərarını qəbul etmişdilər. Peterburq sarayında olan fransız elçisi bu abidə haqda maraqlı bir qeyd yazmışdır:
Bu abidə ilə bağlı onu demək istərdim ki,onun daşınmasında,hazırlanmasında, qoyulmasında iştirak edən mahir fransız memarı Monferran tərəfindən imperator Nikolay üçün hazırlanmış bu abidədə Monferran imperatora sütunun daxilində vintəoxşar şəkildə pilləkanın yonulmasını təklifini irəli sürmüşdür. Bunun üçün ancaq iki işçi: kişi və çəkic, ülgüc və əlində zənbil olan oğlan uşağının lazım olduğunu tələb etmişdir. Həmçinin onların bu çətin işi zamanı işıqlandırma üçün iki fonar lazım olduğunu bildirmişdir. Onun sözlərinə görə, 10 ildən sonra işçi və oğlan (artıq həmin vaxt böyüyəcəkdi) bu vintəoxşar pilləkan işini bitirəcəkdilər. Lakin imperator öz növündə yeganə olan bu abidə ilə qürurlanaraq bunun abidənin çöl tərəfdən olan üz hissəsinə təsirindən çəkinmişdir. Baron P. De Burqoen 1828-1832-ci illərdə olan fransız elçisi[15] |
2002–2003-cü illər restavrasiyası başlamamışdan əvvəl bir sıra qəzetlər tərəfindən sütunun bütöv olmadığı, onun ancaq bir-birinə ustalıqla keçirilmiş və praktiki olaraq görünməyən bir sıra "blin"lərdən hazırlanması haqda şayiələr yayılmışdır. Aleksandr sütunun yanına yenicə ailə həyatı quranlar gəlirlər. Belə ki, bəy öz gəlinini qucağına alaraq onunla bu cür şəkildə sütunun ətrafında dolanmalıdır. İnanca görə, bəy öz gəlininin qucağına alaraq neçə dəfə sütunu fırlansa, onda onların o qədər uşağı olacaqdır.[16]
Abidənin qoyulmasından iki il sonra, 1836-cı ildə qranit sütunnın bürünc hissədən olan yuxarısında ağ-boz rəngli ləkələr peyda olmağa başladı ki, bu da abidənin xarici görkəmini korlayırdı.
1841-ci ildə I Nikolay sütunda olan bu ləkələrə görə baxışın keçirilməsi işinə başlatdırır.
1861-ci ildə II Aleksandr tərəfindən "Aleksandr sütununa korlanmasının tədqiqatı üzrə Komitə" yaradılır. Bu komitənin tərkibinə alimlər və memarlar daxil idi. Araşdırmalar nəticəsində komitə üzvləri abidədə həqiqətən də çatların olmasını bildirmiş. İlk əvvək monolitə məxsus olsa da, onların sayının artması və ölçülərinin böyüməsi sütunnın korlanmasına səbəb ola bilər.[17]
Bu məsələ ilə bağlı çoxu diskussiyalar aparılır. "Rus kimyasının babası" Aleksandr Voskresenski tərəfindən "kütləni örtə biləcək" tərkib təklif olunur. Məhz bunun sayəsində Aleksandr sütununda olan çatlar örtülür və uğurla bağlanır." (Dmitri Mendeleyev)
Sütunun dekorativ fanarları abidənin açılışından 40 il sonra – 1876-cı ildə memar Karl Raxau tərəfindən quraşdırılmışdır. Abidənin açılışından XX əsrin sonuna qədər abidədə 5 dəfə əsasən kosmetik xarakter daşıyan restavrasiya işləri aparılmışdır. 1917-ci il hadisələrindən sonra abidənin ətrafında dəyişiklik baş vermiş, mələyi isə bayramlar zamanı qırmızı rəngdə olan brezent kolpakla bəzəyirdilər.[2]
II Dünya müharibəsində Leninqradın mühasirəsi zamanı abidənin 2/3 hissəsi örtülmüşdür. Klodtun atından fərqli olaraq abidə öz yerində qalmış və mələk xəsarət almışdır: onun qanadlarından birində qəlpə izi qalmış, bununla yanaşı sursat qəlpələri abidədə yüzlərlə xırda zərərlərə səbəb olmuşdur. Qəlpələrdən biri barelyef təsvirlərindən biri olan Aleksandr Nevskinin dəbilqəsinə dəymişdir.[18] 2003-cü ildə oradan çıxarılmışdır.
1977-ci ildə Saray meydanında aparılan restavrasiya işləri zamanı sütunun ətrafında tarixi fanarlar bərpa olunmuş, asfalt örtüyü qranitlə əvəz olunmuşdur.
XX əsrin sonlarında bərpa işlərinin aparılmasının vacibliyi kəskin şəkildə hiss olunmağa başlayır. Buna görə abidənin detallı şəkildə öyrənilməsinə başlanılır. Tədqiqat işlərini şəhər heykəltaraşlıq muzeyinin mütəxəsislərinin məsləhətinə əsasən aparmalı idilər. Mütəxəsislərin həyəcanına səbəb binoklla baxış zamanı abidənin yuxarı hissəsində olan çatlar səbəb olmuşdur. Baxış vertolyotlarlar və alpinistlər tərəfindən aparılmışdır. Bu ilk dəfə 1991-ci ildə aparılmışdır.[2]
Yuxarıya dırmaşdıqdan sonra alpinistlər abidənin foto və videogörüntülərini çəkmişdilər. Bundan sonra restavrasiya işlərinin aparılmasının vacibliyi önə çəkilmişdir.
Restavrasiya işlərinin maliyyələşdirilməsini "Khazar İnternational Rus" Moskva birliyi öz üzərinə götürür. İşlərin aparılması üçün 19.5 milyon rubl "İntarsiya" firmasına tapşırılır.[19] Bu şirkət bu cür obyektlər üzərində aparılan işlərdə çox böyük təcrübəyə malik idi.
2002-ci ildə aparılan növbəti araşdırmalar zamanı yuxarı hissədə olan bürünc elementlərinin hamısının demək olar ki, qəza vəziyyətində olması və "bürünc xəstəliyinin" inkişaf etməyə başlaması müəyyən olunmuşdur. Abidənin daxili zolaqlarını 3 metrlik endoskopun köməyi ilə tədqiq etmək mümkün olmuşdur. Nəticədə restavratorlara abidənin ümumi konstruksiyasının necə görsənməsini quraşdırmaq mümkün olmuşdur.
Peterburqun illər boyu yağışlı havası abidənin aşağıdakı dağıntılarına səbəb olmuşdur:
Tamamilə abakanın kərpic qoyması dağıdılmışdır, tədqiqatın keçirilməsi vaxtı onun deformasiyasının ilk mərhələsi qeyd edilmişdir. Mələyin silindrik pyedestalının daxilinə heykəlin üz hissəsində onlan çatlar və deşiklərdən keçərək çəkisi 3 tona qədər su yığılmışdı. Yığılan su pyedestala aşağı sızdıqdan sonra qışda donaraq, ona çəlləkşəkilli formanı verərək silindri dağıtmışdır. Restavratorlar arasında aşağıdakı məsələlər ortaya qoyulmuşdur:
1. Sudan qurtulmaq üçün:
2. Abakın dayağının konstruksiyasını bərpa eləmək.
İşlərin əksəriyyəti yüksək hündürlükdə qış vaxtı abidənin xarici və daxili konstruksiya işləri aparılmadan edilirdi. İşlərə nəzarət profil və qeyri-profil strukturlar, o cümlədən Sankt-Peterburq administrasiyası tərəfindən aparılırdı.[20]
Restavrasiya işləri abidənin drenaj sisteminin yaradılması üçün aparılırdı: nəticədə abidənin bütün boşluqları birləşdirildi, "sorulma boru" kimi hündürlüyü təxminən 15.5 metr olan xaç boşluğundan istifadə olunmuşdur.
Drenaj sistemi bütün rütubətin, o cümlədən kondensasiyanın çıxarılmasını özündə birləşdirirdi. Abakın yuxarısındakı kərpic örtük qranitlə əvəzlənmişdir. Beləliklə, yenidən Monferrann əvvəlki fikri reallaşdırılmışdır. Bundan başqa, abidədən Leninqrad blokadası dövründən qalmış 50-dən çox qəlpə çıxarılmışdır.
..... zərgər işləri" aparılmış və hasarın yaradılması zamanı ikonoqrafik materiallardan, köhnə şəkillərdən istifadə edilmişdir "Saray meydanı yekun ştrixi əldə etmişdir." Vera Dementyeva, Tarixi və mədəni abidələrin qorunması və istifadəsi üzrə dövlət nəzarəti komitəsinin sədri |
Hasarın təmir işləri 1993-cü ildə "Lenproyektrestavrasiya" institutunun layihəsinə əsasən aparılmışdır. İşlərin maliyyələşdirilməsi şəhər büdcəsi hesabına aparılmış və 14 milyon 700 min rubl xərclənmişdir. Abidənin tarixi hasarını "İntarsiya" MMC-nin mütəxəsisləri bərpa etmişdir. Hasarın bərpası 18 noyabrda başlamış, təmtəraqlı açılışı isə 2004-cü il 24 yanvar tarixində baş tutmuşdur.[21]
Abidənin açılışında bir müddət sonra əlvan metallardan hazırlanmış barmaqlıqların bir hissəsi iki vandal oğru tərəfindən oğurlanmışdır.
Saray meydanında gün bəyu çalışan videomüşahidə kameralarının qoyulması oğurluğun qarşısını ala bilmədi: belə ki kameralar qaranlıqda heç nəyi qeydə ala bilmirdilər. Sutkanın qaranlıq vaxtında da meydanı izləmək üçün xüsusi bahalı kameralardan istifadə olunması lazım gəldir. Peterburq şəhərinin DİN-nin rəhbərliyi Aleksandr sütunun ətrafında gecə-gündüz fəaliyyət göstərən milis postu qoyurlar.[22]
Sənətşünasların fikrincə, O. Monferranın bu əsəri özündə proporsiyaların dəqiqliyini, formanın lakonizmliyini, xətlərin və siluetin gözəlliyini özündə birləşdirir. Yaradılmasından sonra bu abidə dəfələrlə incəsənət adamlarının ilham mənbəyi olmuşdur. Şəhər peyzajı təsvirlərindən bu abidə dəfələrlə peyzajistlər tərədindən təsvir olunmuşdur. Bunun müasir göstəricisi kimi DDT qrupunun eyniadlı albomunda "Sevgi" mahnısına çəkilən videoklip nümunə ola bilər. Bu klipdə sütunun və kosmik raket siluetinin analogiyası aparılır. Bundan başqa sütunun pyedestalında olan barelyefdən olan şəkil albomun konverti kimi qoyulmuşdur.
"Aleksandr sütunu" Aleksandr Puşkinin məşhur "Abidə" şeirində xatırlanır. Puşkinin Aleksandr sütunu çox çətin obrazdır. Belə ki, bunda təkcə I Aleksandrın şərəfinə ucaldılmış abidə yox, həmçinin İsgəndəriyyədə və Horatsinin obelisklərinə allüziya aparılmışdır. İlk nəşrdə senzura qarşısındakı təhlükədən qorxaraq Vasili Jukovski adındakı "Aleksandr" sözünü "Napoleon" sözü ilə əvəz etmişdir.
25 sentyabr 2009-cu il tarixində Rusiya bankı Sankt-Peterburda yerləşən Aleksandr sütununun 175 illiyinə həsr olunmuş 25 nominallıq rubl dəyərində xatirə monetaları zərb etmişdir. Moneta 1000 nüsxədə 925 prob miqdarda gümüşdən hazırlanmış və çəkisi isə cəmisi 169 qramdır.[23]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.