From Wikipedia, the free encyclopedia
Albaniya parlamenti (alb. Kuvendi i Shqipërisë) — təkpalatalı Albaniya Məclisi və ya Xalq Məclisi (alb. Kuvendi Popullor).
Albaniya parlamenti | |
---|---|
alb. Kuvendi i Shqipërisë | |
Ümumi məlumatlar | |
Növü | təkpalatalı parlament |
Təsis tarixi | aprel 1921 |
İdarə heyəti | |
Spiker |
Qramoz Ruçi 9 sentyabr 2017 tarixindən |
Quruluşu | |
Üzvlərin sayı | 140 |
Siyasi partiyalar |
İqtidar (75)
Sosialist Partiyası (75) İqtidarı dəstəkləyən(4)
Ədalət, İnteqrasiya və Birlik Partiyası (3) Müxalifət (43)
Demokrat Partiyası (25) Vakant (18) Vacant (18) |
Seçkilər | |
Səsvermə sistemi | proporsional |
Sonuncu seçkilər | 25 iyun 2017 |
Məclis zalı | |
Sayt | |
parlament.al | |
Vikianbarda əlaqəli mediafayllar |
Albaniyanın ali qanunverici orqanı bir palatadan – 100 üzvü majoritar sistem üzrə birmandatlı dairələrdən iki turdan ibarət, digər 40 üzvü isə partiya siyahıları üzrə 4 faizli baryeri aşmaq şərti ilə ümumi və bərabər seçki əsasında gizli səsvermə yolu ilə 4 il müddətinə seçilən 140 üzvü olan Xalq Məclisindən ibarətdir.
Konstitusiyada nəzərdə tutulmuş mütləq səs çoxluğu ilə qəbul edilən azsaylı qərarlar istisna olmaqla, Məclis bir qayda olaraq qərarlarını deputatların sadə səs çoxluğu ilə qəbul edir. Məclis üzvlərinin azı 3/5-nin səs çoxluğu ilə Konstitusiyada nəzərdə tutulmuş təsisatların təşkili və fəaliyyəti haqqında, vətəndaşlıq haqqında, ümumi və yerli seçkilər haqqında, referendum haqqında, fövqəladə vəziyyət haqqında, dövlət qulluqçularının statusu haqqında, amnistiya haqqında, Respublikanın inzibati bölgüsü haqqında və s. qanunların və bütün məcəllələrin qəbulu Parlamentin səlahiyyətlərinə aiddir.
Parlamentdə qəbul edilən qanunlara Prezident veto qoya bilər və bu halda bütün deputatların mütləq səs çoxluğu ilə vetonu dəf etmək qaydası təsbit edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.