From Wikipedia, the free encyclopedia
Albaniya Demokratik Hökuməti (alb. Qeveria Demokratike e Shqipërisë) — 20 oktyabr 1944-cü ildə Üçüncü Reyxə bağlı olan Vermaxt qüvvələrinin Albaniyada məğlubiyyətə uğradığı dövrdə Albaniya Milli Azadlıq Ordusu (abr. AMAO) tərəfindən qurulmuş müvəqqəti hökumət. Müvəqqəti hökumət ölkənin 28 noyabr 1944-cü il tarixində Vermaxt qoşunlarından azad edilməsindən sonra qurulmuşdur. Onun müvəqqəti baş naziri Albaniya Kommunist Partiyasının baş katibi Ənvər Xoca idi. Müvəqqəti hökumət demokratik seçkilərin təsis edilməsinə və Təsis Yığıncağının qurulmasına qədər mövcud olmuşdur.
Müvəqqəti hökumət | |||||
Albaniya Demokratik Hökuməti | |||||
---|---|---|---|---|---|
Qeveria Demokratike e Shqipërisë | |||||
|
|||||
«Ti Shqipëri, më jep nder, më jep emrin Shqipëtar "Mənə şərəf verən Albaniyadır, mənə alban adını verən Albaniyadır" • Proletarë të të gjitha vendeve, bashkohuni! "Bütün ölkələrin proletarları birləşin!"» «Bütün ölkələrin proletarları birləşin!» |
|||||
Himn: Himni i Flamurit (albanca) "Bayrağın himni" |
|||||
|
|||||
|
|||||
Paytaxt | Tirana | ||||
Ən böyük şəhər | Durres, Elbasan, Szkodra, Fier | ||||
Dilləri | Alban dili | ||||
Rəsmi dilləri | alban dili | ||||
Dövlət dini | İslam, xristianlıq | ||||
Ərazisi | 28,748 km2 | ||||
Əhalisi | 1,122,044 (1945) | ||||
İdarəetmə forması | Müvəqqəti hökumət | ||||
Dövlət başçıları | |||||
Baş katib | |||||
• | Ömər Nişani (1944–1946) | ||||
Baş nazir | |||||
• | Ənvər Xoca (1944–1946) | ||||
Tarixi | |||||
• 20 oktyabr 1944 | Müstəqilliyin elan edilməsi | ||||
• 10 yanvar 1946 | Respublikasının elan edilməsi |
Hökumətə Albaniya Milli Azadlıq Ordusu rəhbərlik edirdi, bu isə öz növbəsində Kommunist Partiyası tərəfindən idarə olunurdu. Demokratik Hökumət başından bəri bir kommunist diktaturası idi. Albaniya Milli Azadlıq Ordusu milliyyətçi «Balli Kombetar» hərakatının fikirlərinə qarşı çıxmışdır. Demokratik Hökumət bunlarla yanaşı, kral I Zoğunu devirmiş və digər sosialist dövlətlərlə dostluq münasibəti qurmağa başlamışdır.
Seçkilər 2 dekabr 1945-ci il tarixində keçirilmişdir. Bu dövrdə, AMOA hərəkatı Albaniya Demokratik Cəbhəsinə (abr. ADC) çevrilmişdir. ADC seçkilərdə iştirak edən yeganə siyasi təşkilat idi. 10 yanvar 1946-cı ildə Albaniya Sosialist Xalq Respublikasının qurulması elan edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.