Həştərxan tatarları daxilində etnik qrup From Wikipedia, the free encyclopedia
Alabuqat tatarları[2] və yaxud Utar noqayları (həmçinin alabuqat noqayları, utarlar, tatar. alabuqat tatarları[3][4], noqayca utar noqayları, kalm. manqad) — Həştərxan tatarları daxilində etnik qrup.[5][1][6]. Əksər Həştərxan tatarları kimi onlar da özlərini xüsusi etnik icma kimi fərqləndirmirlər və əsasən tatarlar kimi təsnif edirlər və 2010-cu il siyahıyaalınması zamanı 7 nəfər Alabuqat tatarlarına mənsub olduqlarını göstərib. Dağınıq məskunlaşma və Qazan tatarlarına mədəni və dil yaxınlığı ilə səciyyələnirlər.[7]
Yaşadığı ərazilər | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||
Dili | |||||||||
İrqi | |||||||||
avropoid, turan irqi tipi | |||||||||
Dini | |||||||||
Daxildir | |||||||||
Türk xalqları[1] | |||||||||
Mənşəyi | |||||||||
tatarlar, noqaylar | |||||||||
Qohum xalqlar | |||||||||
Həştərxan tatarları, yurt tatarları, və digər türk xalqları |
Utar etnonimi ut-ar sözündən yaranıb, burada əsas söz ut sözüdür - ot və ya oddur. Beləliklə, Utar "ot" totemi olan insanlar və ya odla məşğul olan insanlar deməkdir.[5]. Alabuqat etnonimi Alabuqa stansiyasının adından gəlir. Bu isə köçəri dayanacağıdır.
XVIII əsrin sonlarında kalmıklaşmış qazax-tomutların, türkmənlərin və Zenzeli kəndi tatarlarının bir hissəsi olan köçəri yurd tatarlarının (Cemboylıq və Beşuqil qəbilələri) 100 çadırdan ibarət bir qrupunun inzibati birləşməsi nəticəsində yaranmışdır. Onlar öz növbəsində yurt noqaylarının Qazan tatarları və mişərlərin[7] qarışması nəticəsində meydana gəliblər. Sonradan 25 köçəri “Buxara saray tatarları” ailəsi də onlara qoşulmuşdur.[8] Ümumiyyətlə bu kiçik etnik qrupun etnogenezində noqaylar böyük rol oynayıblar.[9]
XIX əsrin ikinci yarısında Xəzər dənizinin sahilində yerləşən Alabuqat və Talaqay-Ternovskaya poçt stansiyalarının ətrafında köçəri həyat keçirirdilər. XX əsrdə onlar məskunlaşaraq iki kənd təşkil etdilər. 1930-cu ildən 1962-ci ilə qədər məktəbdə tatar dilində tədrislə əlaqədar olaraq tatarların etnik-mədəni təsirini yaşamış, qismən tatar dilinə keçmişlər. L. Ş.Arslanov 1980-ci ildə qeyd edirdi ki, Alabuqat tatarlarının etnik inkişafında tatar milləti ilə yaxınlaşma (konsolidasiya meyli) yoxdur. Bu qrup öz dilini, etnoqrafik və məişət xüsusiyyətlərini, etnik kimliyini və öz adını qoruyub saxlamaqla onun müstəqil dilə malik müstəqil etnik qrup hesab edilməsinə imkan verir.[9] Bu günə qədər Alabuqatların sayı az olduğuna görə məktəblərdə noqay dilinin tədrisi məsələsi qaldırılmayıb, uşaqlar rus məktəblərində oxuyur, kalmık dilini öyrənirlər. Bununla belə, “noqay” utarlarının özünü dərk etmə şüuru qorunurdu.[10] Lakin 2002-ci il Ümumrusiya əhalinin siyahıyaalınmasının hazırlanması zamanı utarların Həştərxan tatarlarının tərkibinə daxil edilməsi haqqında qərar qəbul edilib.[1]
Onlar Kalmıkiya Respublikasında Laqan şəhərində, Ulan-Xol və Severnoye kəndlərində, Həştərxan vilayətinin Zenzeli və Yanqo-Əskər kəndlərində yaşayırlar. Alabuqat-tatar dilində danışırlar. 1979-cu ildə sayları 383 nəfər, 1989-cu ildə 422 nəfər, 2002-ci il siyahıyaalınmasına görə cəmi 5 nəfər özlərini Alabuqat tatarları adlandırıbdır. 2010-cu il siyahıyaalınmasına görə, 1144 nəfər Alabuqat tatarlarının dilində danışdıqlarını bildirmişdir.[11]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.