Alaş muxtariyyəti
Qazaxıstan ərazisində muxtar dövlət quruluşu / From Wikipedia, the free encyclopedia
Alaş muxtariyyəti (qaz. Алаш автономиясы; 1917–1920) — XX əsrin əvvəllərində müasir Qazaxıstan ərazisində, "Alaş-Orda" adlı hökumətin nəzarəti altında mövcud olan qazaxların muxtar dövlət quruluşu. Alaş muxtariyyəti, Alaş partiyası tərəfindən elan edilmiş və 5–13 dekabr 1917-ci il tarixlərində Orenburqda Ümumqırğız (Ümum-Qazax) Konqresi tərəfindən qurulmuşdur. 5 mart 1920-ci ildə Qırğızıstan Bölgəsinin işğal edilməsi ilə Bolşevik Hərbi İnqilab Komitəsi tərəfindən ləğv edilmişdir. Sovet hökuməti onun yerində 17 avqust 1920-ci ildə Qırğızıstan Muxtar Sovet Sosialist Respublikası, 1925-ci ildə onun adını dəyişdirərək Qazaxıstan Muxtar Sovet Sosialist Respublikası, 1936-cı ildə isə Qazaxıstan Sovet Sosialist Respublikası təşkil etdi.[3]
Cəld faktlar Paytaxt, Ən böyük şəhər ...
parlament respublikası | |||||
Alaş muxtariyyəti | |||||
---|---|---|---|---|---|
qaz. Алаш автономиясы | |||||
|
|||||
|
|||||
Paytaxt | Semey | ||||
Ən böyük şəhər | Semey | ||||
Dilləri | Qazax dili | ||||
Rəsmi dilləri | qazax dili | ||||
Dövlət dini | dünyəvi dövlət[1] | ||||
Ərazisi | 1 724 825 km² (1917) | ||||
Əhalisi | 4 262 762 nəfər. (1917) | ||||
İdarəetmə forması | parlament respublikası | ||||
hökumət sədri | |||||
• | Əlixan Bökeyxan[2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bağla