From Wikipedia, the free encyclopedia
Alüminium hidroksid – kimyəvi formululu Al(OH)3 olan qeyri –üzvi birləşmədi.
Alüminium hidroksid | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | Al(OH)3 |
Molyar kütlə | 78 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 2,42 q/sm³ |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 21645-51-2 |
PubChem | 10176082 |
RTECS | BD0940000 |
ChEBI | 33130 |
ChemSpider | 8351587 |
Alüminium hidroksidi alüminium duzlarının ammonyakla reaksiyası nəticəsində almaq olar:
Alüminium hidroksid jelatinə bənzər ağ çöküntü kimi çökür.
Alüminium hidroksid istehsalının ikinci üsulu isə suda həll olunan alüminium duzlarının qələvi metalların karbonatları ilə reaksiyasıdı:
Alüminium hidroksid, 4 kristal modifikasiyası olan ağ kristal maddədir:
Gibbsit, alüminium hidroksidin kimyəvi cəhətdən ən sabit formasıdır.
Alüminium hidroksid suda zəif həll olunur, amfoter xüsusiyyətə malikdir. Təzə çökmüş alüminium hidroksid turşularla və qələvilərlə reaksiyaya daxil olur:
Ammonyak məhlulları ilə reaksiya daxil olmur.
Alüminium hidroksid, suyun təmizlənməsində istifadə olunur, çünki müxtəlif maddələri absorbsiya (udmaq) qabiliyyətinə malikdir. Tibbdə peyvəndlərin istehsalında köməkçi maddə kimi istifadə olunur. Diş pastası, mineral gübrələr, kağız, boyaların tətbiqində istifadə olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.