Aktiv zona
From Wikipedia, the free encyclopedia
Aktiv zona — nüvə reaktorunda nəzarət olunan zəncirvari reaksiyanın getdiyi boşluq; ağır elementlərin (uran, plutonium) nüvələrinin bölünmə reaksiyası nüvədaxili enerjinin ayrılması (əsasən, istilik şəklində) ilə müşayiət olunur. Aktiv zonada parçalanan maddə (blok və mil şəklində), yavaşıdıcı (əgər reaksiya sürətsiz neytronlarla baş verirsə), istilik daşıyıcısı (reaksiyadan ayrılan istiliyi aparmaq üçün), həmçinin reaktorun idarə olunması, qorunması və nəzarət üçün cihaz və qurğular yerləşir. Heterogen reaktorların (bu növ reaktorlar daha geniş yayılmışdır) aktiv zonasında yanacaq istilikdaşıyıcısı elementlər şəklində yerləşdirilir. Homogen reaktorlarda istilik borularla dövr edən istilikdaşıyıcı vasitəsilə, yaxud bilavasitə yavaşıdıcı yanacaq qarışığı ilə ayrılır. Fiziki baxımdan aktiv zonanın ən yaxşı forması kürə şəklindədir, konstruktiv baxımdan isə çox vaxt silindir şəklində hazırlanır. Neytronların kənara sızmasını azaltmaq məqsədi ilə aktiv zona neytronları əks etdirə bilən maddələrlə əhatə olunur.