Akkad (şəhər)
Mesopotamiyada qədim şəhər / From Wikipedia, the free encyclopedia
Akkad və ya Aqade (akkad. 𒀀𒂵𒉈𒆠, A-ga-de3ki; şum. 𒌵𒆠, URIKI) — Cənubi Mesopotamiyanın şimalında, Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Babilistanın sami əhalisinin yaşadığı şəhərlərdən biri olmuşdur. Akkadın yeri hələlik dəqiq məlum deyil. E.ə. 2,300-cü ildə Sarqonun yaratdığı Akkad dövlətinin paytaxtı olmuşdur. E.ə. təqribən 2,200-cü ildə Akkadı yarımköçəri quti tayfaları dağıtmış, o vaxtdan Babil şəhəri Cənubi Mesopotamiyanın əsas mərkəzi olmuşdur.[1]
Cəld faktlar Ölkə, Salınma tarixi ...
Qədim şəhər | |
Akkad | |
---|---|
akkad. 𒀀𒂵𒉈𒆠 | |
| |
Ölkə | |
Salınma tarixi | E.ə. 2,300-cü ildən əvvəl |
Dağılma tarixi | E.ə. təqribən 2,200-cü il |
Dağılma səbəbi | kuti tayfaları |
Müasir yeri | məlum deyil; Abu Habba yaxınlığında |
Bağla