Afips (adıq Афыпс) — Rusiyanın Krasnodar diyarında və Adıge Respublikasında çay. Çayın uzunluğu 96 km, sutoplayıcı hövzənin sahəsi— 1380[1] km²-dir.
Cəld faktlar Ölkələr, Mənsəbi ...
Bağla
Çayın adı adıgey dilindədir. "Ps" şəkilçisi adıqca "psı" su deməkdir. Adın başlanğıcı Afa (ildırım və şimşək tanrısı) tanrısının adıdır. Baxmayaraq ki, bu tanrı çərkəzlər və abazinlər arasında qəbul edilmədi[2]. "Afa" adı həm də meşəli dağ olan "Böyük Afipsə" verilmiş. Başqa bir versiyaya görə toponim kab.-çərk. Афӏыпс sözündən "şirin" və adıq Ахуы — "ağ"[3][4] sözündən formalaşıb. Ancaq C.Kokov düşünür ki, bu yanılış assosiasiyadır.[5]
Semyon Bronevskinin 1823-cü ildə tərtib etdiyi Qafqaz xəritəsində çayın adı "Karakuban"[6] kimi göstərilib. Ancaq məlumdur ki bu ad başqa çaya verilib[7].
Çaya Krasnodar diyarının cənub-qərbindəb başlanğıcını götürür və Adıgeyin şimal-qərb hissəsində Kubana tökülür. Çayın mənbəyi Böyük Afips dağının şimal-şərq yamacında yerləşir. Dağın bu hissəsi əhən daşlı, gilli şistlir, mergellli süxurlardan təşkil olunub. Bir çox tirələri kəsib keçən çay açıq əraziyə çıxanda su-buzlaq mənşəli düzənlik formalaşdırmış. Çay Afipsip kəndi yaxınlığındakı Şapsuq su anbarından Kuban çayına birləşir. Afips Smolensk stansiyasından və Afipsski şəhər tipli qəsəbədən keçir.
Hidrologiyası
Çay özünə bir çox kiçik dağ çaylarını birləşdirir. Ən böyük qolları Şebş və Ubin çaylarıdı. Çayın axın sürrəti aşağıdır. İlin yağıntılı dövründə bol sulu və gür olur.
Afips çayı əsasən atmosfer yağıntıları ilə və qrunt suları ilə qidalanır. Yaz aylarında çayda səviyyə artımı müşahidə olunur. Ən aşağı səviyyə isə iyul-sentyabr ayalarında qeydə alınır. Su sərfi 0,005–272 m³/saniyə arasında dəyişir. İllik su sərfi — 4[8] m³/saniyədir. Qış aylarında yuxarı axarlarında donma müşahidə olunur. Afips çayı vadisində bir çox meneral bulaqlara rast gəlinir[8]. Bunlardan ən məşhuru Ubin çayı vadisində olan Zaporojski bulaqlarıdı. Bu ərazidə 14 Yessentuki tipli duzlu və duzlu-qələvi suların çıxışı var. Minerallaşma 300–600 mq/l arasında dəyişir.
Çay il boyu 130 milyon m³ su və təxminən 50 min ton çöküntü gətirir.
İstinadlar
Афипс : [рус.] / textual.ru // Государственный водный реестр : [арх. 15 октября 2013] / Минприроды России. — 2009. — 29 марта.
Ковешников В. Н. Афипс // Очерки по топонимике Кубани. — Краснодар : Мир Кубани, 2006. — С. 12. — ISBN 5-00-000578-3.
К. Х. Меретуков. Афы // Адыгейский топонимический словарь. — 3-е изд., доп. — Майкоп : ООО "Качество", 2003. — С. 46−47. — ISBN 5-901701-43-7.
Твёрдый А. В. Афипс // Кавказ в именах, названиях, легендах: опыт топонимического словаря. — Краснодар : Платонов И., 2008. — С. 42. — ISBN 978-5-89564-044-9.
Коков Дж. Н. Афыпс // Избранные труды. Том 1. Адыгская топонимия. — Нальчик : Эльбрус, 2000. — С. 271. — ISBN 5-7680-1434-9.