Adriatik şossesi
From Wikipedia, the free encyclopedia
Adriatik şossesi (xorv. Jadranska magistrala, serb. Јадранска магистрала) — Adriatik dənizinin şərq sahili boyunca uzanan və E 65 Avropa marşrutunun bir hissəsi olan bir magistral yol. Bosniya və Herseqovina və Monteneqroda kiçik hissələri olsa da, əsasən Xorvatiya ərazisindən keçir. Troqir, Kastela və Split şəhərləri yaxınlığında iki yol ayrıcında olan aralıq qısa hissələr istisna olmaqla, tamamilə iki zolaqlı bir yoldur. Troqir və Omis şəhərlərini əhatə etmək üçün hazırda yolun genişləndirilməsi planlaşdırılır. Bu Adriatik şossesinə atlernativ Adriatik-İon magistralı olacaqdır[1].
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/35/Neum-Klek_border_point.jpg/640px-Neum-Klek_border_point.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d8/Jaz_beach_12.jpg/640px-Jaz_beach_12.jpg)