From Wikipedia, the free encyclopedia
Adlıq hal və ya ismin adlıq halı. Bu halda olan isimlər əşyanın adını bildirir, şəkilçisi olmur, "kim?" "nə?" "hara?" suallarından birinə cavab olur. Bütün lüğətlərdə isimlər adlıq halda (başlanğıc formada) verilir. Məsələn: (dəmir, dəmirçi, dəmirçilik, ev, evcik, daş, dağ, dağlıq, yazı, yazıçı, yazıçılıq və s.) İsimlər adlıq halda cəm və mənsubiyyət şəkilçiləri ilə də işlənə bilir. Məsələn: (bacı (başlanğıc formada); bacılar (cəm şəkilçisi ilə); bacım (mənsubiyyət şəkilçisi ilə); bacılarım (cəm və mənsubiyyət şəkilçisi ilə))
Adlıq hal təsirlik və ya yönlük halına keçə bilər. Məsələn: kitab.
Mən dostuma kağız(ı) verdim.(Təsirlik hal).
Kağız ilk dəfə Çində istehsal olunmuşdur.(Adlıq hal).
Kağız(ın) növləri çoxdur.(Yiyəlik hal).vs.
Qeyd 1: Adlıq hall cümlədə mübtəda, təyin və ismi xəbər vəzifəsində çıxış edir. Məsələn: Kitab bilik mənbəyidir. (mübtəda) ; Taxta döşəmə çox istifadə olunan bir döşəmə növüdür (Təyin) ; O, qonşumdur (xəbər)
Qeyd 2: Adlıq halda olan isim cümlədə xitab şəklində istifadə oluna bilər. Məsələn: Sabir, evə get (xitab)
Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.