Adil Abış oğlu Əliyev (25 sentyabr 1969, Maxta, İliç rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı (2024-cü ildən), Azərbaycan Kikboksinq Federasiyasının prezidenti (2000-ci ildən), Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədr müavini (2020–2024), Milli Məclisin III, IV, VVI çağırış deputatı (2005–2024).

Cəld faktlar Əvvəlki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti ...
Adil Əliyev
Thumb
bayraq
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
8 iyul 2024-cüildən
ƏvvəlkiƏziz Əzizov
Vəzifədədir
2000-ciildən
ƏvvəlkiAzər Həsənsoy
10 mart 2020 9 iyul 2024
ƏvvəlkiZiyafət Əsgərov
bayraq
Azərbaycan Respublikası Milli Məclisinin III, IV, VVI çağırış deputatı
bayraq2
2 dekabr 2005 9 iyul 2024
Seçki dairəsi2005, 2010, 2015, 2020 — 20 saylı Nərimanov ikinci
Əvvəlkivəzifə təsis edildi
Şəxsi məlumatlar
Doğum tarixi 25 sentyabr 1969(1969-09-25) (55 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Rütbəsi
Polis polkovniki
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "İgidliyə görə" medalı  — 2005 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı  — 2021 "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı  — 2019
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1998-ci ildə [[Polis Akademiyası (Azərbaycan)|Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.]] 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. 2010-cu ildə BDU-nun aspiranturasını bitirib.

2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub.

2012-ci ildə çap olunmuş "Erməni soyqırımı: mif və gerçəklik" adlı kitabın ingiliscədən Azərbaycan və rus dilinə tərcüməsinin ideya müəllifi olmuşdur.

2012-ci ildə "Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilmişdir. 9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Ailəsi

Ailəlidir, üç övladı var.

Hərbi xidməti

1992–1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib. 1994–2003-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə — Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayonu Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib.

2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb. 2003–2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib.

İctimai-siyasi fəaliyyəti

2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.

20 saylı Nərimanov II seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisi III, IV, VVI çağırış deputatı seçilmişdir.

2005–2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Hollandiya parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun üzvü olub. 2009-cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini işləyib.

10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Sədr müavini seçilmişdir.[1]

10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin sədri seçilmişdir.[2]

8 iyul 2024-cü ildə Adil Əliyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhər Suraxanı Rayon icra Hakimiyyətinin başçısı təyin edilmişdir.[3]

Təltif və mükafatları

Qeydlər

  1. 2000–2008-ci illərdə federasiya Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası adlanmış, həmin ildə müstəqil iki federasiyaya — Azərbaycan Kikboksinq Federsiyası və Azərbaycan Muey-Tay Federasiyasına bölünmüşdür.

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.