![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/77/Atropa_Bella-donna2.jpg/640px-Atropa_Bella-donna2.jpg&w=640&q=50)
Adi xanımotu
From Wikipedia, the free encyclopedia
Adi xanımotu (lat. Atropa belladonna) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Adi xanımotu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Lamiids Dəstə: Fəsilə: Yarımfəsilə: Solanoideae Triba: Hyoscyameae Cins: Növ: Adi xanımotu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi xanımotu yaxşı inkişaf etmiş yoğun və ətli köklərə, qısa çoxşaxəli kökümsova malik çoxillik ot bitkisidir. Gövdəsi silindrik formalı, yaşıl rəngli olub, hündürlüyü 100-180 sm-ə çatır. Yarpaqları tünd yaşıl rəngli, yumurtavari formalı, zirvəsi bir qədər sivri və tam kənarlıdırlar. Gövdənin aşağı yarpaqları tək-tək yerləşərək növbəli düzülürlər, yuxarı yarpaqları isə qoşa yerləşirlər. Qoşa yarpaqların biri böyük, digəri kiçik ölçülü olur. Çiçəkləri yarpaqların qoltuğunda tək-tək inkişaf edir. Çiçək saplağı tükcüklü olub, bir qədər sallaqdır. Çiçək saplağının ucunda bir, bəzən də iki çiçək yerləşir. 5 yaşıl rəngli kasa yarpağına, 5 ləçək yarpağına, 5 erkəkciyə və bir üst yumurtalıqlı, iki yuvalı dişiçiyə malikdir. Silindrik zəngşəkilli çiçək tacı qonur-bənövşəyi rənglidir. Tacın əsasına doğru getdikcə rəngi solğunlaşır. Meyvəsi parlaq, bənövşəyi-qara rəngli, şirəli, iki yuvalı və çox toxumlu giləmeyvədir. Toxumları böyrəkşəkilli olub, qəhvəyi rənglidirlər. Bitki may-iyun aylarından başlayaraq payıza qədər çiçəkləyir.