From Wikipedia, the free encyclopedia
Adi çivdimdik (lat. Crex crex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin çivdimdik cinsinə aid heyvan növü.
Adi çivdimdik | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Gruimorphae Dəstə: Fəsilə: Yarımfəsilə: Rallinae Cins: Növ: Adi çivdimdik |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Nadirdir.
Təhlükə vəziyyətindədir (EN). Qorunması gücləndirilməsə kritik vəziyyətə düşə bilər.
Ümumi rəngi bozumtul-kürəndir. Beli uzununa naxışlıdır. Qanadları pas kimi kürəndir. Boğazı ağımtıl, döşü və çinədanı isə açıq-bozdur. Bədəninin yanları köndələn ağ zolaqlı açıq-kürəndir.
Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda Xəzər dənizi sahillərində və Kür-Araz ovalığında təsadüf olunur.
Su hövzələrinin və çayların bitkilərlə sıx örtülmüş bataqlıq sahilləri əsas yaşayış yerləridir. Gündüz fəal olur. Azərbaycanda miqrantdır. Yaz köçü aprel–may aylarında, payız köçü isə oktyabr–noyabr aylarında müşahidə olunur. Həşəratlar, onların sürfələri, molyusklar, bitki toxumları yeyir.
Yaşayış yerlərində iribuynuzlu mal-qaranın kütləvi otarılması, su-bataqlıq biotoplarının qurudulması çivdimdiyi sıxışdırır.
Elmi və estetik əhəmiyyəti var.
Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron və Ağgöl Milli Parkları və Dövlət Təbiət Yasaqlıqlarında nəzarət altında saxlanılır. Naxçıvan MR-in Qırmızı kitabına (2006), Bonn, Bern, Ramsar konvensiyalarına və AEWA sazişinə daxil edilmişdir.
Kür deltasına və ona həmsərhəd bataqlıq sahələrinə yasaqlıq statusunun verilməsi məsləhətdir. Növü əhaliyə tanıtmaq vacibdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.