Adaptiv radiasiya
From Wikipedia, the free encyclopedia
Adaptiv radiasiya — eyni başlanğıcdan olan müxtəlif canlıların müxtəlif şəraitə uyğunlaşması hadisəsi. Məsələn, plasentalı məməlilərin müasir formalarından bəzilərinin Yer üzərində sürətlə hərəkət etməyə (yırtıcılar, antiloplar), ağac həyatına (sincablar, primatlar və s.), uçmağa (yarasalar), suya (balinalar, delfinlər), torpaq altına (həşəratyeyənlər) uyğunlaşması.