Adalar adası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Adalar adası[1] (Adalar, Ağ daşlar, ukr. Адалари, Білі Камні, krımtat. Ada — ada)- Gurzuf yaxınlığında Qara dənizə məxsus iki qayalıqdan ibarət adadır.
Adalar adası | |
---|---|
ukr. Адалари, krımtat. Adalar | |
| |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 48 m |
Əhalisi | 0 nəfər (2014-cü il) |
Yerləşməsi | |
44°32′32″ şm. e. 34°17′46″ ş. u.HGYO | |
Ölkələr | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bu söz Krımtatar dilindəki adalar və türk dilindəki ada sözlərindən əmələ gəlmişdir. Adalar kimi də tərcümə olunur.
Ada sahildən təxminən 250 m məsafədə yerləşmişdir. Diametri 20–30 m arasındadır. Qayalıqların hündürlüyü — 35 və 48 metrdir. Onların arsındakı məsafə təxminən 40 m-dir. Qayalıqların yerləşdiyi dəniz hissəsinin dərinliyi 14 m-dən 38 m-ə qədərdir.
Adada qarabatdaqların yuvaları üstünlük təşkil edir.
Qayalar qədim zamanlarda sahillə birləşmiş vəziyyətdə olmuşlar. Lakin tədricən dəniz vasitəsilə qayalar sahildən aralandı. İndi sahildə yalnız qayaların su altında dəniz yosunları ilə zəngin əhəngdaşı dağ silsiləsinin qalıqları qalmışdır. Qayaların birində XX əsrin başlanğıcında restoran fəaliyyətə başlamışdı. Həmçinin sahildən qayalığa doğru asma körpü tikilmişdi. Bunun üçün qayada tunel qazılmışdır. Körpünün tikintisinin qurtarmasına Birinci Dünya Müharibəsi mane oldu.[2] Qayalardan birinə İkinci Dünya Müharibəsi zamanı aviasiya bombası düşmüşdür.
Adalar adası Gurzufun simvollarından biri hesab olunur və Krımın bütünlüklə cənub sahilini əhatə edir. Bu qayalıqlar haqqında əfsanələr yaranmışdır.[3]
Qayalar haqqındakı məşhur əfsanələrdən biri də bu əfsanədir. Deyilənə görə, iki qardaş öz müəllimlərinə və valideynlərinə qulaq asmırlar. Cadügər isə sözə baxmayan qardaşları iki qayaya çevirir. Həmin gündən xalq qayaları- əkiz qayalar adlandırıblar.[4]
Adaların adı tez-tez Arteklərin mahnılarında xatırlanır.[5][6] "Artekin fotokartoçkası" mahnısında adanın adı xatırlanır.[7] Bu mahnı Mərkəzi Televiziya və Ümumittifaq Radiosunun Böyük uşaq xorunun ifasında daha da məşhurlaşmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.