![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c2/Hunger_first_edition.jpg/640px-Hunger_first_edition.jpg&w=640&q=50)
Aclıq (roman)
From Wikipedia, the free encyclopedia
"Aclıq" (norv. "Sult") — Norveç yazıçısı Knut Hamsunun 1890-cı ildə nəşr edilmiş ilk romanı. Bu kiçik əsər yazıçını Avropada tanıtmışdır. Əsərdə çoxlu avtobioqrafik detallara rast gəlmək olar.
Aclıq | |
---|---|
norv. Sult | |
![]() Romanın ilk nəşrinin üz qabığı | |
Müəllif | Knut Hamsun |
Janr | roman |
Orijinalın dili | Norveç dili (bukmol) |
Ölkə | Norveç |
Orijinalın nəşr ili | 1890 |
Romanın bəzi hissələri 1888-ci ildə anonim adla Ny Jord adlı Danimarka jurnalında nəşr edilmişdir. Roman, XX əsrin ədəbi kəşfi elan edilmiş[1] və müasir psixoloji ədəbiyyatın ən gözəl nümunələrindən biri kimi dəyərləndirilmişdir.[2] "Aclıq" romanında, intriqant, bəzən də yumoristik tərzdə insan zəkasının irrasionallığından bəhs edilmişdir.
"Aclıq" romanını azərbaycan dilinə böyük şair Əhməd Cavad tərcümə etmişdir. Lakin bu tərcümə 30-cu illərdə edildiyindən, həmin dövrün ədəbi dilindədir və ərəb-fars sözləri, tərkibləri ilə zəngin olduğu üçün müasir oxucu onun dilini anlamaqda çətinlik çəkir.
2004-cü ildə Knut Hamsunun 6 romandan ("Aclıq", "Viktoriya", "Pan", "Nağıllar diyarında", "Torpağın bərəkəti", "Misteriyalar") ibarət əsərlərinin 2 cildiliyini dilimizə tərcümə edən Nadir Qocabəyli (Quliyev) bunu nəzərə alaraq "Aclıq" romana yenidən müraciət etmişdir. Romanı "Şərq-Qərb" nəşriyyatında çap olunan 2 cildlik "Seçilmiş Əsərlərin" 1-ci cildinə daxil edilmişdir. Yeni tərcümədə Azərbaycan oxucusunun böyük marağına səbəb olan "Aclıq" romanı Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı ilə nəşr olunan DƏK (Dünya Ədəbiyyatı Kitabxanası) layihəsi çərçivəsində 2-ci dəfə, "Qanun" nəşriyyatı tərrəfindən 3-cü dəfə işıq üzü görmüşdür.