Abşeron qalaları (film, 1989)
From Wikipedia, the free encyclopedia
Abşeron qalaları qısametrajlı sənədli filmi rejissor Teymur Bəkirzadə tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Abşeron torpağında ucaldılmış qalalar həm tarixçi alimlərin, həm də arxeoloqların diqqət mərkəzindədir. Bu qədim tarixi abidələr görəsən hansı məqsədlə tikilmişdir? Bəlkə orta əsrlərdə düşmən hücumlarından qorunmaq üçün hərbi məqsədlə ucaldılmışdır? Bəlkə də atəşpərəstlər onları dini məqsədlə-ibadət etmək üçün tikmişlər? Filmdə göstərilən problemlər tamaşaçılara hökm yox, ehtimal şəklində təqdim olunur.
Cəld faktlar Abşeron qalaları, Janr ...
Abşeron qalaları | |
---|---|
Janr |
sənədli qısametrajlı tarixi |
Rejissor | Teymur Bəkirzadə |
Ssenari müəllifi | Seyran Vəliyev |
Operator | Elxan Əliyev |
Bəstəkar | Fərhəng Hüseynov |
İstehsalçı | "Rakurs" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi | 1989 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr |
![]() |
İl | 1989 |
Texniki məlumatlar |
1 hissə 277 metr |
Rəng | rəngli |
Bağla