From Wikipedia, the free encyclopedia
Abdullah Paşa (ərəb. عبد الله باشا, osman. عبد الله پاشا; v. 1777, Bağdad, Bağdad əyaləti[d]) — Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1776–1777).
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Abdullah Paşa | |
---|---|
عبد الله پاشا | |
1776 – 1777 | |
Əvvəlki | Mustafa Paşa |
Sonrakı | Həsən Paşa Kərküklü |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1777 |
Vəfat yeri |
|
Abdullah Paşa tayfa olaraq bir Məmlüküydü. 1776-cı ilə qədər Diyarbəkir valisi vəzifəsindəydi. 1776-cı ildə Osmanlı sultanı I Əbdülhəmid Abdullah Paşaya, eləcə də Mosul valisi Süleyman Paşa və Ər-Rəqqə valisi Mustafa Paşaya Bağdad valisi Ömər Paşanı vəzifəsindən atılması üçün əmr etdi. Osmanlı qoşunları Bağdadı mühasirəyə aldılar və Ömər Paşa Bağdaddan qaçanda öldü. Bundan sonra Mustafa Paşa Bağdadın Paşalığına təyin oldu. O uzun müddət bu vəzifədə qala bilmədi. Mustafa paşanın doqquz aylıq hakimiyyətindən sonra Sultan, Abdullah paşaya Mustafa paşanı vəzifəsindən atılmağa əmr etdi[1]. Abdullah Paşa Mustafa paşanı tutub 1776-cı ildə Diyarbəkirdə edam etdi[1]. Abdullah Paşa Bağdad Paşalığına təyin oldu, lakin rəhbərliyi qısa müddət davam etdi və sonradan 1777-ci ildə varissiz qalaraq öldü. Bağdadı idarə etmək hüququ uğrunda iki namizəd — Məhəmməd Əl-Əcəmi və İsmayıl ağa[1] mübarizə apardılar. Bağdadda hakimiyyət uğrunda mübarizə beş aydan çox sürdü[1]. Sonunda İstanbuldan gələn Həsən Paşa sultan tərəfindən Bağdad Paşalıq hükmüylə İraq valisi oldu[1].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.