apt (advanced packaging tool) — Debian və onun üzərində hazırlanmış əməliyyat sistemlərində proqramların yazılması, yenilənməsi və silinməsi üçün istifadə olunan proqramdır.

Cəld faktlar apt, Müəllif ...
apt
Thumb
Müəllif Yason Gunthorp
Tərtibatçılar apt qrupu
Repozitoriya salsa.debian.org/apt-tea…
Proqramlaşdırma dili C++[1], XML[1], C[1], Perl[1]
Əməliyyat sistemi Linux (alpha amd64 arm hppa i386 ia64 mips mipsel powerpc s390 SPARC)[2], GNU Hurd (i386), kFreeBSD (i386)[3], Nexenta OS[4]
İnterfeysin dili C++
Yayımlanma tarixi 16 avqust 1998
Platforma kross-platforma
Sonuncu versiya
Lisenziya GNU GPL 2 и və daha yeni (libqt istisna olaraq)
Sayt tracker.debian.org/pkg/a…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Paketlər internetdən alınır və ya hazır daşıyıcılardan yüklənir. Paketlərin mənbəsi /etc/apt/sources.list faylında və /etc/apt/sources.list.d/ kataloqunda saxlanılır. apt üçün qrafik qabıqlar yeni mənbələri rahat əlavə etmək, lazımsızları isə silməyə imkan verir.

apt (apt-get) proqramların əmr rejimində yazılması prosesini olduqca asanlaşdırır. Qrafik interfeysi sevən istifadəçilər üçün daha rahat proqramlar – front-endSynaptic ilə Adept daha uyğundur. Mətn-qrafik interaktiv paketi də mövcuddur (ncurses) — aptitudeistifadə edir).

GNU General Public License istifadəçi razılaşması şərtlərinə uyğun olaraq pulsuz yayılır.

İmkanlar

Müxtəlif proqramlara paketlərlə işləmək üçün imkan yaradan kitabxananı ifadə edir. apt üçün bir neçə qrafik qabıq mövcuddur:

  • Adept package manager əvvəllər Kubuntu distributivinə daxil idi (hal-hazırda KPackageKit ilə əvəz edilib)
  • Aptitude — mətn və əmr rejimlərində
  • SynapticGTK+ əsasında hazırlanmış sadə və güclü qrafik menecer
  • KPackageKDE iş masası üçün komponent

Maraqlı faktlar

apt-get boş əmrini yığdıqda istifadəçi əmr haqda kiçik yardım faylı görür və sonda bu yazı yaranır: "This APT has Super Cow Powers".

0.6.3 versiyası üçün moo əmri verdikdə belə bir yazı meydana gəlir: "There are no Easter Eggs in this program". Həmçinin aptitude --help kodunun sonunda bu cür cümlə var: "This aptitude does not have Super Cow Powers".

Həmçinin bax

İstinad

Mənbələr

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.