From Wikipedia, the free encyclopedia
AMD CrossFireX – üçölçülü təsvirin qurulması üçün iki və daha artıq (eyni zamanda dördə qədər qrafik prosessorların) Radeon videokart güclərindən eyni vaxtda istifadəyə imkan verən texnologiyadır. Müəyyən alqoritmdən istifadə etmklə hər bir videokart Composing Egine masterkartın xüsusi bufer yaddaşına malik çipinə ötürülən, təsvirin öz hissəsini yaradır və final kadrına çıxarır.
CrossFire sistemi 2006-cı ildə videokartın, kartın arxa tərəfinə Y formalı kabellə birləşdirilməsi yolu ilə yaradılmışdır. Hal-hazırda sistem artıq xüsusi elastic körpülərdən istifadə edir.
Perspektivdə CrossFire əsasında videokartlar prosessorun qrafiklə işini yüngülləşdirəcək. Bir videokart qrafiki, ikincisi fizikanı hazırlayacaq. Bu texnologiya Tayvanda Computex 2005 beynəlxalq sərgisində anons edilib.
Bir neçə videokartın kombinasiyası maliyyə cəhətdən daha artıq effektli, məhsuldar və sərfəlidir, nəinki bir ədəd daha güclü və müvafiq olaraq, kifayət qədər daha qiymətli kart. Ancaq, NVİDİA SU halında olduğu kimi, sistemdə iki videokartdan istifadədə məhsuldarlığın artımı yalnız 2 və daha artıq GPU-dan istifadəni bacaran əlavələrdə müşahidə olunacaq.
Multi – Gpu sistemləri ilə işləmək bacarığı olmayan köhnə oyunlarda qrafiki tərkiblərin məhsuldarlığı əvvəlki kimi qalacaq, bəzi hallarda hətta aşağı düşəcək. CrossFire-nin daha bir görünən çatışmazlığı bu texnologiyanın pəncərə rejimində əlavələrin işə salınması zamanı işləməməsidir.
Quruluşunun prinsipləri
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.