From Wikipedia, the free encyclopedia
Gürcüstan–ABŞ münasibətləri — Gürcüstan Respublikası və ABŞ arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki millət də Birləşmiş Millətlər Təşkilatının üzvüdür. 2004–2008-ci illərdə Gürcüstan NATO-ya üzv olmaq istəyir, lakin güclü rus meyilli müxalifəti qarşısında müvəffəq ola bilmir[1]. 2012-ci ilin fevralında ABŞ və Gürcüstanın Azad Ticarət Sazişi üzərində işə başlayacağı bildirir. Bu reallaşacağı təqdirdə Gürcüstan ABŞ-la bu cür müqaviləyə imza atan yeganə Avropa ölkəsi halına gələcək[2]. Gürcüstanı ziyarət edən Amerika vətəndaşlarına hazırda giriş üçün viza tələb edilmir. Vətəndaşlar ölkənin giriş nöqtələrində 90 günlük turizm vizası alaraq daxil ola bilirlər[3][4].
Gürcüstan–ABŞ münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
2012-ci il ABŞ-nin Qlobal Liderlik Hesabatına görə, gürcülərin 51 %-i ABŞ rəhbərliyini dəstyəkləyir, 15% isə dəstəkləmir.
1991-ci ildə Gürcüstan SSRİ dağıldıqdan sonra müstəqillik qazanır. 1992-ci ildən isə Amerika Birləşmiş Ştatları bu ölkə arasında diplomatik əlaqələr qurulur. ABŞ Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyır. Üstəlik Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır. ABŞ həm də Gürcüstanda olan münaqişələrə dair Cenevrə Beynəlxalq Müzakirələrin üzvü olan bir ölkədir.
2009-cu ildə ölkələr Strateji Tərəfdaşlıq Xartiyası imzalamış və bunun çərçivəsində ABŞ-Gürcüstan Strateji Tərəfdaşlıq Komissiyası qurulmuşdur. Komissiya Xartiyada müəyyənləşdirilmiş prioritet sahələr üzrə dörd tərəfli işçi qrupuna bölünmüşdür: demokratiya, müdafiə və təhlükəsizlik, iqtisadi işlər və mədəni mübadilə. Hər il yüksəksəviyyəli Amerika və Gürcüstan siyasətçiləri işçi qrup şəkilində görüşlər keçirir. Bu görüşlərdə qiymətləndirmələr aparılır və yeni hədəflər təyin edilir.
Ölkələr ikitərəfli investisiya müqaviləsi ilə yanaşı ikitərəfli ticarət müqaviləsi imzalamışlar. Gürcüstan "Generalized System of Preferences program" proqramı çərçivəsində ABŞ-yə rüsumsuz bir çox mal ixrac edə bilər. 2006-cı ildən 2011-ci ilədək Amerika Millennium Challenge Corporation korparaqsiyası Gürcüstanda sahibkarlığın inkişafına kömək edir. 2006-cı ildə ölkələr arasında ticarət dövriyyəsi 369 milyon ABŞ dolları təşkil etmişdir[5].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.