Puşkin Muzeyi
muzey / From Wikipedia, the free encyclopedia
A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyi və yaxud A.S.Puşkin adına DTİM, həmçinin Puşkin muzeyi — Moskvada Rusiya dövlət incəsənət muzeyi, müasir Rusiyada Qərb incəsənətinin ən böyük kolleksiyalarından biri. Tarixçi və arxeoloq, Moskva Universitetinin professoru İvan Vladimiroviç Svetayevin təşəbbüsü ilə yaradılan muzey 1912-ci ildə "İmperator Moskva Universitetində İmperator III Aleksandr adına Təsviri İncəsənət Muzeyi" adı ilə açılıb.
Puşkin Muzeyi | |
---|---|
Государственный музей изобразительных искусств имени А. С. Пушкина | |
Əsası qoyulub | 31 may 1912 |
Açılış tarixi | 1912 |
Təsisçi | |
Ölkə | |
Ziyarətçi sayı |
|
55°44′49″ şm. e. 37°36′21″ ş. u. | |
pushkinmuseum.art | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin əsas binası memar Roman Kleyn tərəfindən neoklassik üslubda qədim məbəd formasında layihələndirilib. Əvvəlcə muzey maarifləndirici bir muzey kimi düşünülmüşdü, lakin 1917-ci il inqilabından sonra müəssisə Dövlət Təsviri İncəsənət Muzeyinə çevrildi. 1937-ci ildə muzeyə şair Aleksandr Puşkinin adı verildi.[2] 1991-ci ildə Puşkin Dövlət Təsviri İncəsənət Muzeyi Rusiya Federasiyası Xalqlarının Xüsusi Qiymətli Mədəni İrs Obyektlərinin Dövlət Məcəlləsinə daxil edildi.[3] 2018-ci ilə olan məlumata görə, ekspozisiya 670 mindən çox əşyadan ibarətdir və burada qədim heykəllər, sənət əsərləri, arxeoloji abidələr, həmçinin Qədim Misir və Qədim Romaya aid əşyalar kolleksiyası yer alır.[4] 2018-ci ildə muzeyi 1,3 milyon insan ziyarət edib və bu, dünyanın ən çox ziyarət edilən 47-ci incəsənət muzeyi olub.[5]