aşqabad From Wikipedia, the free encyclopedia
Aşqabad zəlzələsi (türkm. Aşgabat ýertitremesi) — 1948-ci il[1] oktyabr ayının 5-dən 6-na keçən gecə yerli vaxtla saat 2:14-də Aşqabadda 9-10 bal gücündə zəlzələ.
Aşqabad zəlzələsi | |
---|---|
Tarix | |
Episentrin yeri | |
Xəritədə yeri | |
|
İlk təkanlardaca şəhərdəki bütün tikililərin 90-98 faizi dağıldı. Hadisə gecə baş verdiyindən insan itkisi də kifayət qədər yüksək oldu. Zəlzələ 10-12 kilometr dərinlikdə baş vermişdi. İlk iki təkan 5-8 saniyə davam etdi. Birinci təkanda binaların bəziləri, ikinci təkanda isə, demək olar ki, hamısı dağıldı. Səhər saat 6-da 7-8 bal gücündə daha bir təkan qeydə alındı. Sonra təkanlar ardıcıl olaraq 4 gün ərzində təkrarlandı.
Zəlzələ ərəfəsində Aşqabadda 200 min nəfərə yaxın adam yaşayırdı. Şəhərdəki insan ölümü ilə bağlı rəqəmlər fərqli idi. Məsələn, rəsmi məlumatlara görə, zəlzələ nəticəsində 60-110 min nəfər həlak oldu. Amma hadisə şahidləri zəlzələ nəticəsində ölənlərin sayının daha çox olduğunu bildiriblər. Onların sözlərinə görə, zəlzələ nəticəsində 150-160 min nəfər həlak olub.
Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Türkistan hərbi dairəsinin şəxsi heyətinin az qala yarısından çoxu bu işə cəlb edilmişdi. Bundan əlavə, SSRİ-nin hər yerindən on minlərlə adam zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım etmək üçün bölgəyə ezam edilmişdi. Bütün bunlar da Aşqabad zəlzələsinin özü ilə dəhşətli insan tələfatı və dağıntılar gətirdiyini göstərir. Zəlzəyə görə Türkmənistanın ən varlı azərbaycanlısı Afitap Səfərova rəhmətə getmişdir.
1948-ci il Aşqabad zəlzələsinin səbəbini professor Q.P.Qorşkov belə izah edir:
"Zəlzələnin ocağı Kopetdağla Qaraqum çölünün birləşdiyi tektonik pozğunluqda yerləşmişdir"[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.