Aşk-ı memnu
From Wikipedia, the free encyclopedia
Aşk-ı Memnu (teleserial) 4 Sentyabr 2008-ci ildə 24 İyun 2010-cu qədər Kanal D kanalında nəşr olunan və 2 mövsüm davam edən Türk romantik drama serialıdır. Kerem Çatay tərəfindən yaradılan dizi İstanbulda eyni evdə yaşayan iki insanın qadağan eşqini və ətraflarındakı həyatı mövzu alır. Serial, Halit Ziya Uşaklıgilin eyni adlı romanı əsasında ekranlaşdırılıb. Aşk-ı Memnu, Türk televiziya tarixinin ən məşhur və ən çox izlənilən serialı olmuşdur. Final bölümü, tamaşaçıların təxminən% 73.7'ini ekran başına çəkmişdir.
Qadağan olunmuş eşq | |
---|---|
Aşk-ı Memnu | |
Janr | |
Müəllif | Halit Ziya Uşaklıgil |
Direktor |
Hilal Saral Mesude Erarslan |
Rejissor | Hilal Saral |
Ssenari müəllifi |
Ece Yörenç Melek Gençoğlu |
Baş rollarda | |
Bəstəkar | Toygar Işıklı |
İstehsalçı ölkə | Türkiyə |
Dil | Türkcə |
Mövsüm sayı | 2 |
Buraxılış sayı | 79 |
İlk buraxılış | 4 sentyabr 2008 |
Sonuncu buraxılış | 24 iyun 2010 - cu il |
İstehsal | |
Prodüser | Kerem Çatay |
Çəkiliş yeri | İstanbul |
Müddəti | 90 dəqiqə |
Veriliş | |
Kanal | Kanal D |
Təsvirin formatı |
576i (4:3 SDTV) 1080i (HDTV) |
Səsin formatı | Stereo |
Premyerası | 4 sentyabr 2008 -ci il |
askimemnu.tv |
Serial, atasının ölümündən sonra Adnan Bəy ilə evlənən Bihter Yöreoğlunu və yoldaşının qardaşıoğlu Bəhlül ilə yaşadığı "qeyri-etik" eşq üzərində sıxlaşır. Bihter və hələ universitetdə oxuyan əyləncə düşkünü Behlülün, Adnan Bəydən və evdə yaşayan digər insanlardan gizli bir münasibətləri olur. Onların həyatlarına və yaşadıqları dramatik hadisələrə Mademoiselle De Courton (Deniz), Firdevs Yöreoğlu, Peyker Önal, Nihal Ziyagil və Bülent Ziyagil ilə digərləri də daxil olur.