Aşağı Veysəlli
Füzuli rayonunda kənd From Wikipedia, the free encyclopedia
Füzuli rayonunda kənd From Wikipedia, the free encyclopedia
Aşağı Veysəlli — Azərbaycan Respublikasının Füzuli rayonunun Veysəlli kənd inzibati ərazi dairəsində kənd.[2] 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]
Aşağı Veysəlli | |
---|---|
39°42′22″ şm. e. 47°13′55″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Füzuli rayonu |
Rayon | Füzuli rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 |
Poçt indeksi | AZ1911[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin adı Qarabağda orta əsrlərdə yaşamış Otuziki tayfasının Veysəlli oymağının adındandır.[4]
SSRİ dövründə kənd ərazisində "Şəfəq" kolxozu təşkil edilmişdir[5]. Şuşa xanlığının Vərəndə ərazisinin Veysəlli obası "Kor bulaq"-ın üstündə yerləşmişdir, erməni müsalman davası başladıqda, Təxminən 1830–1840-cı illərdə Qızıl qaya ətəyinə köçən Veysəlli tayfasının bir hissəsi əvvəlki yurdlarına yox, bir az aşağı, "Qara Kəhriz"-in üstündə olan Köyək dağının ətəyinə qayıdraq məskən salmağa başlamışlar. Həmin vaxt Veysəlli camahatı köyək dağının sol hissəsində olan "Kor bulaqda erməni biçinçilərinin başlamış ixtişaşı nəticəsində, yenidən köçərək Qızıl qayanın yaxınlığına dədə-baba qış yatağına qayıtmışlar, ara sakitləşdikdən sonra təxminən 1855-ci ildə Veysəlli obasının bir qismi yenidən qayıdaraq Sultanalı bulağından aşağıda dəyirmanın aşağısı olan "Toola düzü"-ndə məskunlaşmışlar. Təxminən 1870-ci ildə yenidən Erməni Rus işğalı olmuşdur, Veysəlli obası yenə qış yatağı olan qızıl qaya ətəyinə köçmüşdür.1883-cü ilin əvvəllərində yenidən Qızıl qaya ilə köyək dağının arasında yerləşən Qara qayanın ətəyinə qayıtmışlar və burada ata yurdları olan Tikanlıq "Güney çartaz" ərazinin bir adını güney oba öz obalarına qoymuşlar, həmin dövrlərdə Veysəlli obasında su olmadığından övladı olmayan Türk əsilli bir kişi Veysəlli obaya qobu qırağı yerdə bulağ çəkdirmişdir adına isə el arasında "Qara bulaq"qoymuşlar. Veysəlli tayfasının ata baba yurdunun yaxınlığıda soltanalı bulağı və obanın qəbirstanlığı isə soltanalı bulağının üst tərəfində nəzarətsiz qalmışdır ermənilər həmin ərazini zəbt etmişlər. Veysəli obasının bir hissəsidə ağbaşlı dağının ətəyində qaya bulağın aşağısına qayıdaraq məskən salmışlar. Veysəlli obasının əsil yurdunda isə Köyək dağı ilə ağbaşlı dağı arası olan hissədə irandan gətirilmiş erməni biçinçiləri öz obalarını salaraq tikanlıq ərazini (Çartaz) adlandıraraq erməni biçinçilər məskan salmışdır obalarının birinində adını İsvahançıq (balaca isvahan) qoymuşlar. Qarabulaq dairəsinin adını dəyişərək Rus nümayəndəsi olan Karyagin qoymuşlar, beləliklə Qarabağın gözü olan qarabulaq dairəsi yaddan çıxarılmağa başlamışdır. Beləliklə 1887-ci illərdə türk obası olan Veysəlliyə erməni-rus hücumu olmuşdur və yüzlərə oba camaatı canını fəda verərək qətlə yetirilmişdir ancaq obaları Veysəllini tərk etməmişlər. Veysəlli obasında Tahirlilər tayfası, Bəyimlər tayfası, Nurular tayfası, Bağırlılar tayfası, Hüsənlilər tayfası Sadıxlılar tayfası Hümbətalılar tayfası Ələskərlilər tayfasııdan ibarət olmuşdur. 1890-cı ildə veysəlli obasına Qarabulağın Qaraxanbəyli obasından bir tayfada köçmüşdür bu tayfa İmam-Alılar adını daşıyırdılar, ağbaşlı obasından Məmmədhəsənin bacısı dərbəndli Mirzəcan adlı br nəfərə ailə quraraq Veysəlli obasında yüzbaşı bağırın tayfasına yaxınlıqda yaşamağa başlamışlar. Həmin illərdə İmişli dairəsinin Sarxanlı obasından bir ailədə Veysəlliyə köçüb gəlmişdir, bu tayfa Novruzlular kimi tanınmışlar və ələsərlilərlə əmizadə sayılmışlar. Qarabulaq "Qaryagin" dairəsilə Veysəlli obası əlaqə yaratmaqda çətinlik çəkilirdi, bunun əvəzində Veysəlli obası əsasən Şuşa və sisiyana daha çöx meyilli idi, beləki Veysəlli obasında insanlar əsasən maldarlıqla məşğul olduqlarına görə yayda yaylağa köçürdülər və ilin altı yeddi ayını sisiyanda və şusada yaşayırdılar. Qışlaqda isə Qızıl qayanın ətəyi olan şivartıda məskulaşırdılar. Veysəlli obasında qalan oturaq tayfalar isə əkinçiliklə məşğul olurdular və öz məhsullarını Şuşada satırdılar, əkinçiliklə məşğul olan tayfaların hərə-birinin öz adı vardır, məsələn hayzülü düzü, İlannı qaya, tola düzü, Əstəməz kəhriz gözü və sarə. Veysəllidə yaşayan bəyimlilər tayfasının bir qolu da Avşarlar tayfası ilə bağlı idilər, bunların bir qismidə Qarabulaq dairəsinin Tuğ obasında ağcabədi dairəsində olan Ovşar obalaarı və dugər türk obalarda yaşayırdılar. Veysəlli obasından qarabulaq dairəsinin Qacar, Divanalılar, Yağlıəvət, Dilağarda obalarında qohumluqları vardır. Veysəlli obası 1905-ci ildə yenidən erməni-rus qoşularının təcavüzünə məruz qalmışdır və Veysəlli obası yenədə Qızıl qaya ətəyinə köçməli olmuşlar. Erməni Rus basqısı sakitləşəndə məlum olmuşdur ki, qırmızı bazar (krasnı bazar), Kişi oba(geşi kəndi) və bir çox obalar ermənilər tərəfindən zəbt edilərək erməni adı verilmişdir. Halbuki, Qarabulaq dairəsinin Qırmızı bazar obası ermənilər tərəfindən dağıdılaraq əhalisi qaçaraq Divanallar və Qacar obasına köçmüşdür, Kişi(ər)obası isə Qarbulağa aid olduğu halda sonradan alınaraq Xocavənd dairəsinə verilmişdir.
Veysəlli obası 1910-cu ildə yenidən öz yurdlarına qayıdanlar olmuşdur, qalanı isə Qızıl qayanın aşağısında aşağı Veysəlli obasını qurmuşar, halbuki, aşağı veysəlli obası Ağbaşlı ilə Tikanlı (Çartaz) deyilən ərazinin arasında Əbdülhüseyin düzündə olmuşdur, yuxarı Veysəlli Qanlı gədiyin üstündə yerləşirdi.
Erməni-rus hücumu nəticəsində öz evlərini qoyaraq qışlaqda yaşadıqları Qızıl qayanın altına köçməli olmuşlar. Səttərxan hərakatı dövründə Şimali Azərbaysanın müxtəlif (həmədan) şəhərindən Qarabulaq dairəsnin türk obalaraına türklər axışmağa başamışdır, eyni zamanda Veysəlli obasınada Cənubi Azərbaycanadan türklər köçmüşdür, onların araz çayını tuluğa minərək adlamışlar, cənubi Azərbaycanın Təbriz şəhərindən veysəlli obasına gələnlər Həşimilər tayfası olmuşdu həmin tayfa bağçılıqla və bostançılıqla məşğul olmuşlar. Tarixi abidələri 15-ci əsrə aid Mirəli günbəzi və Dikdaş
Qarasu çayının sol sahilində, düzənlikdədir. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyini təyin edir, ikinci komponenti isə veysəlli nəslinin adı ilə bağlıdır.[6]
Bu ərazidə bioloji terrorizm üzrə qruplar fəaliyyət göstərirdi.[7][8]
Rayon mərkəzindən 17 km şimal-şərqdə, Ağdam-Füzuli şose yolundan 6 km aralı, Qarasu çayının sol sahilində, düzənlikdədir.
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.