Aşağı Qarabulaq
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Aşağı Qarabulaq — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qarabulaq kənd inzibati-ərazi dairəsinə daxildir.[3]
Aşağı Qarabulaq | |
---|---|
ქვემო ყარაბულახი | |
41°26′02″ şm. e. 44°07′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.340 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 (360) |
Poçt indeksi | 1709[2] |
Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 22 km qərbdə, Qarabulaq çayının sahilində yerləşir.[4] Qaraxaç silsiləsininnın şərq ətəklərində yerləşən kənd coğrafi cəhətdən rayonun Qızılhacılı, İpnari və Hüseynkənd kəndləri ilə qonşu, Yuxarı Qarabulaq kəndi ilə iç-içədir.
Borçalı bölgəsində Qarabulağın adı 1701-ci il əhalisayımında çəkilib, Yuxarı Qarabulaqda 8 nəfər, Aşağı Qarabulaqda 7 nəfər əhali qeyd edilib.[4]
Müxtəlif tarixlərdə keçirilmiş əhali sayımları zamanı kənd əhalisinə dair məlumatlar bəzən vahid Qarabulağ kəndi adı ilə ümumi, bəzən isə ayrı kəndlər olaraq aşağı və yuxarı Qarabulaq kəndləri adı ilə verilmişdir.
1886-cı ildə Böyük Qarabulaqda 32 ailədə 155 nəfər, İkiqapılı-Qarabulaqda 8 ailədə 37 nəfər, Bala Qarabulaqda 6 ailədə 45 nəfər, 1926-cı ildə ümumi Qarabulaq kəndində 110 ailədə 765 nəfər azərbaycanlı yaşayırdı.[5]
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 333 nəfər əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.[6][7]
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 386 nəfər əhali yaşayır.[3]
Kənddə ilk dünyəvi məktəb 1921-ci ildə yaradılıb.[5] 2006-cı ildə kənddə bir ibtidai məktəb fəaliyyət göstərirdi və məktəbdə 16 şagird təhsil alırdı.[5] Hazırda bu məktəbin fəaliyyəti dayandırılmışdır.[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.