Aşağı çənənin çıxıqları
From Wikipedia, the free encyclopedia
Aşağı çənənin (gicgah-çənə oynağının) çıxıqları - aşağı çənənin oynaq başının (kondilus çıxıntısının) oynaq çuxurunda yerdəyişməsidir. Aşağı çənə başının yerdəyişmə istiqamətindən asılı olaraq aşağı çənə çıxıqları bölünür:
- ön çıxıqlar (çənə başı önə doğru yerini dəyişib);
- arxa çıxıqlar (çənə başı arxaya doğru yerini dəyişib);
- birtərəli çıxıqlar;
- ikitərəfli çıxıqlar.
Cəld faktlar XBT-10, XBT-9 ...
Aşağı çənənin çıxığı | |
---|---|
| |
XBT-10 | S03.0 |
XBT-9 | 830 |
eMedicine | article/823775 |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Daha çox ön çıxıqlara rast gəlinir. Çənə başının daxilə və ya xaricə yerdəyişməsi çox az müşahidə edilir, ona yalnız kondilus çıxıntısının sınığı ilə birləşdikdə rast gəlinir (sınıqlı çıxıq).