Aşşurbanipal (heykəl)
From Wikipedia, the free encyclopedia
Aşşurbanipal abidəsi və ya Aşşurbanipal heykəli olaraq da bilinən Aşşurbanipal[2] — aysor kökənli Fred Parhadın yaratdığı bürünc heykəldir. Heykəl ABŞ, Kaliforniyada San-Fransisko Mədəniyyət Mərkəzində yerləşir. Heykəl 4.6 m hündürlüyüyndədir və Assuriya kralı olan Aşşurbanipalın şərəfinə adlandırılmışdır. Heykəlin sifarişçisi Assuriya İncəsənət Fondudur və heykəl hazır olduqdan sonra 1988-ci ildə aysorların adından San-Fransisko şəhərinə hədiyyə edilmişdir. Heykəlin hazırlanması üçün 100000 dollar vəsait sərf olundu və o, Aşşurbanipalın ilk "böyük" heykəli oldu.[3] Rəhbərliyi San-Fransisko şəhər və bölgə idarəçiliyinə və San-Fransisko İncəsənət Komissiyasına aiddir.
Aşşurbanipal | |
---|---|
37°46′47″ şm. e. 122°24′57″ q. u. | |
Ölkə | ABŞ |
Şəhər | San-Fransisko |
Yerləşir | San-Fransisko, Kaliforniya |
Aidiyyatı | San-Fransisko İncəsənət Komissiyası |
Memar | Fred Parhad |
Sifarişçi | Assuriya İncəsənət Fondu |
Tikilmə tarixi | 1987–1988[1] |
Hündürlüyü | 4,6 m |
Material | tunc |
Vəziyyəti | stabil |
Vikianbarda əlaqəli mediafayllar |
Fred Parhad yerli aysorların tənqidlərinə məruz qalmışdı. Beləki, onlar Aşşurbanipalın əlində gil kitabə və şir tutmasını, həmçinin ətək geyinməsini Aşşurbanipala yaraşmayan bir hərəkət kimi qəbul edirdilər. Tənqidçilər heykəlin Şumer kralı olan Gilqameşə daha çox bənzədiyini bildirirdilər. "Alim və özünü ifadə edə bilən Assuroloq" Reni Kovaks, heykəlin birbaşa hansısa hökmdarı deyil, ümumi Mesopotamiyanı "təmsil edən fiqur" olduğunu düşünürdü. Parhad incəsənət azadlığının olduğunu və işinin doğruluğu fikrini müdafiə edirdi.[3]