Aşıq Məhəmməd Sadaxlı (1930, Mollaoğlu, Marneuli bələdiyyəsi25 mart 2016) — gürcüstanlı aşıq.[1]

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Aşıq Məhəmməd Sadaxlı
Thumb
Aşıq Məhəmməd Sadaxlı və Aşıq Aslan Kosalı
Doğum tarixi 1930
Doğum yeri
Vəfat tarixi 25 mart 2016(2016-03-25)
Milliyyəti azərbaycanlı
Fəaliyyəti aşıqlıq
Mükafatları "Şərəf" ordeni
Bağla

Həyatı

Aşıq Məhəmməd 1930-cu ildə Gürcüstan Respublikasının Sadaxlı elinə bağlı Mollaoğlu kəndində dünyaya göz açmışdır. Həmin kənddə ibtidai, sonralar isə 7 illik təhsil almışdır. Uşaqlıqdan əkinçilik və heyvandarlıqla məşğul olan aşıq həyatı boyu doğulduğu kənddə yaşamışdır.

Məktəb illərindən aşıq sənətinə həvəs göstərməsi onu öz üzərində çalışmağa, aşıq şeirini, xalq dastanlarını və aşıq havalarını dərindən öyrənməyə sövq etmişdir.

1950-ci illərdən ifaçılıq sənətini daha dərindən mənimsəmək və bu sahədə biliklərini daha da artırmaq istəyən Məhəmməd ustad yanına gedərək sənətin sirlərini öyrənmiş, saz havalarının bir çox variantlarını mənimsəmiş, digər tərəfdən aşıq şeirinin bütün növlərindən istifadə etməklə onları saz havalarında oxumağı öyrənməyə çalışmışdır. Həyatının ilk illəri ötən yüzilliyin repressiyaları, İkinci Dünya savaşına. Aclıq illərinə təsadüf etməsi, onun özünü bir insan kimi formalaşdırmış, mətin və dəyanətli şəxs kimi yetkinləşməsinə yol açmışdır. Məşhur Borçalı aşığı Xındı Məhəmmədin şagirdi olması, onunla məclislərə getməsi, Sadaxlı Məhəmmədin klassik və milli ənənələrə bağlı aşıq kimi yetişməsinə böyük təsir göstərmişdir. Məhəmməd göz açdığı bölgədə və Borçalının bütün ərazilərində aşıqlığın çox böyük, məsuliyyətli və ağır bir iş olduğunu da anlamışdı. Burada aşıq kimi yetişmək yalnız saz çalıb oxumaqla, düyünlərdə və məclislərdə insanlarlı əyləndirmək işi deyildir. O da aydın dərk edirdi ki, aşıq bir şəxsiyyət kimi yaşından asılı olmayaraq həm muəllim, həm də el ağsaqqalı kimi tanınır. Aşıq xalq arasında dolaşıq işləri həll edən, yeri gəldikdə xalq hakimi kimi anlaşılmazlıqlara aydınlıq gətirən, küsülüləri barışdıran, ailə məsələlərini, bəzən də dövlət və xalq arasındakı problemləri çözən, siyasi msələlərə aydınlıq gətirən bir "vəzifə" sahibidir. Ona görə Aşıq Məhəmməd Sadaxlı da ustadlarında gördüyü bu keyfiyyətləri mənimsəmək üçün daha dərindən çalışmalı, hər bir ağır işə qatlanmalı olmuşdur.

Aşığın Gürcüstanda Azərbaycan səfirliyinin dəstəyi ilə 80 və 85 illik yubileyləri keçirilmişdir. Məhəmməd Sadaxlı həmçinin "Şərəf" ordeni ilə təltif olunmuşdur. Ustad aşıq 25 mart 2016-cı ildə 85 yaşında vəfat etmişdir.[2]

Film

Aşıq barədə çəkilmiş qısametrajlı sənədli televiziya filmi rejissor Miri Rzayev tərəfindən 2003-cü ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan aşığı Aşıq Məhəmməd Sadaxlı haqqındadır. Ssenari müəllifi Tahir Talıblı, rejissor: Miri Rzayev, operator isə Adil AbbasovMahir Cahangirovdur.

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.