aşıq From Wikipedia, the free encyclopedia
Aşıq Əsəd (Rzayev Əsəd Əhməd oğlu; 1874, Böyük Qaraqoyunlu, Yeni Bəyazid qəzası – 27 aprel 1951, Tovuz) — ustad aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü.[1]
Aşıq Əsəd | |
---|---|
Əsəd Əhməd oğlu Rzayev | |
Doğum tarixi | |
Doğum yeri | Qaraqoyunlu, Göyçə mahalı, Yeni Bəyazid qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Tovuz rayonu |
Dəfn yeri | Tovuz rayonu |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Həyat yoldaşları | Həlimə Nağı qızı, Zeynəb Alı qızı |
Uşaqları | Sabir, Bahadur, Yasin, Vidadi, Eyvaz (1938-1976) |
Atası | Koxa Əhməd Rza oğlu (?-1886) |
Anası | Gülbəyaz |
Fəaliyyəti | musiqiçi, aşıq, şair, yazıçı |
Mükafatları | |
Aşıq Əsəd Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Aşıq Əsəd 1874-cü ildə Göyçə mahalının Qaraqoyunlu kəndində anadan olub. Atası Koxa Əhməd Rza oğlu (?-1886) Tovuzun Bozalqanlı kəndindən olub. 12 yaşı olarkən atası dunyadan köçur və o bir neçə il muzdurluq edir. Sonra Aşıq Ələsgərə 4-il şəyird olur. Aşıq Ələsgərdən mukəmməl dərs aldıqdan sonra özu şəyird göturub məclislər keçirir. Əsəd 1918-ci ildə daşnaq ordusunun zabiti Selikovun öldurulməsində gunahkar bilinib, qardaşı Məhəmmədlə birgə həbsə alınır. Göyçədə Musavat özəyinin köməyi ilə həbsdən qaçırılır. 1921-ci ildə Qızıl Ordu sıralarında banditizmə qarşı mübarizədə iştirak edir. O, uzun muddət Tovuz, Qazax qəzalarında yaşadıqdan sonra 1932-ci ildən Tovuz mahalının Bozalqanlı kəndində məskunlaşır. Aşıq Əsəd 1928-ci ildə aşıqların I qurultayında yuksək ifaçılığa görə birinci mukafata layiq görulub. O, 1930-1940-cı illərdə Azərbaycan SSR-də kecrilən incəsənət tədbirlərində iştirak edən ən fəal aşıqlardan biri olub və mukafatlar alıb. Folklorçu H.Əlizadə "Koroğlu" dastanının bir necə qolunu, xalq dastanlarından bir coxunu Aşıq Əsədin dilindən yazıya alıb. Aşıq Əsəd aşıq havalarının istifadə olunan butun numunələrindən istifadə edir, hətta unudulanları bərpa edir. Məhz onun bu zəngin biliyinə görə Göyçənin, Tovuzun, Qazağın, Şəmkirin bir çox aşıqlarının yetişməsində Aşıq Əsədin böyuk rolu olmuşdur.
Aşıq Əsəd yaradıcı aşıq idi. Onun zil səsi, fasiləsiz zəngulələri, Koroğlusayağı nərəsi 30-luq lampanı söndürürdü. Bir neçə gün dalbadal səs tonu dəyişmədən oxuyurdu. Aşıq Əsəd həm də şair-aşıq idi. Onun yüzlərlə qoşma və gəraylıları aşıqların dilindən düşməmişdir. Aşığın 1939 və 1974-cu illərdə "Şeirlər" kitabı çap olunmuşdur. Bu şeirlər onun ədəbi irsinin bir qismidir. Çox fəal sənətkar olan Əsəd, hətta gördüyü, mütəəssir olduğu hadisəyə oradaca telli sazın avazı ilə söz qoşub oxuyardı. Aşiqanə lirik şeirləri ilə yanaşı, xalqın həyatını tərənnüm edən bir sıra şeirlər də yazmışdır. 1895-ci ildən müstəqil aşıqlıq etmiş, el arasında ustad sənətkar kimi tanınmışdır.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı olmuş, "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Aşıq Əsəd 1951-ci il aprelin 27-də vəfat etmişdir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.