From Wikipedia, the free encyclopedia
Ağa Nemətulla (1896, Sərab, Şərqi Azərbaycan ostanı – 1 yanvar 1958, Bakı — SSRİ neft sənayesi mühəndisi, SSRİ dövlət mükafatı laureatıdır. SSRİ neft sənayesində etdiyi yeniliklər ilə məşhurdur.
Ağa Nemətulla 1896-cı il fevralın 15-də Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Dörd yaşında ikən anasını itirən Ağa atası ilə birlikdə mülkədar Sultan bəyə məxsus kənddə çalışmışdır. Atası Sultan bəyin torpaq sahələrində işləmiş, Ağa isə bəyin mal-qarasını otarmışdır.
O uşaqkən dayısının "böyüyəndə gələrsən yanıma, soruşarsan Balaxanıda Cavanşirov mədənini" sözlərini xatırlayaraq və Bakıya getməyi qərara alır. Onun dayısl Podryadçik Cavanşirova məxsus neft mədənlərində işləyirdi. Ağa imkanı olmadığı üçünMir Ağa adlı bir kişi ilə tanış olur və bu xeyirxah insanın köməyi ilə İran Astarasından gəmi ilə Bakıya gəlir.[1]
1915-ci ildə Bakıda Ramana neft mədənlərində işləməyə başlamışdır. 1932-ci ildə qazma ustası olmuş, sonralar Putada sahə rəisi, qazma kontorunun direktoru, TRES müdiri, 1956–58-ci illərdə Azərbaycan dəniz neft kəşfiyyatı TRESTinin 1 nömrəli Gürgən qazma kontorunda buruq ustası işləmişdir. 1942–43-cü illərdə Özbəkistan SSR-də neft quyularında qazılmasında iştirak etmişdir.
A. Nemətulla turbinlə mayili və iki lüləli qazmanın yaradıcısı hesab edilir. 1941-ci ildə Bibiheybətdə dünyada ilk dəfə olaraq turbinlə mayili quyu qazmışdır.
1927-ci ildən sovet İKP üzvü olub. 1937-ci il dekabrın 12-də Naxçıvan zəhmətkeşləri onu SSRİ Ali Sovetinin Millətlər Sovetinə deputat seçmişlər. Azərbaycan SSR Ali Sovetinin (2-ci, 4-cü çağırış) deputatı olmuşdur.
Ağa Nemətulla 1958-ci ildə Bakıda vəfat etmişdir.
Bakıda mərkəzi küçələrdən biri Ağa Nemətullanın adını daşıyır.
Ağa Nemətulla 1927-ci ildə əslən İranın Ərdəbil şəhərindən olan Anabəyim xanımla ailə qurur. Onların 2 qızı, 6 oğlu, 12 nəvəsi və 9 nəticəsi olmuşdur.
1915-ci ildə Ağa Nemətulla Balaxanıda neft mədənində qazmada açarçı işləyən dayısı Məmmədəlini tapır və onun köməyilə işə düzəlir. O, 1915–1932-ci illərdə Bakının bir sıra rayonlarının qazma idarəsində qara fəhlə, çilingər, qazmaçı köməkçisi, qazmaçı işləmişdir. Ağa Nemətulla 1932–1952-ci illərdə Bakının neft rayonlarında müxtəlif vəzifələrdə, o cümlədən buruq ustası vəzifəsində çalışmışdır. 1942–1943-cü illərdə Özbəkistanda buruq ustası vəzifəsində çalışmışdır. 1952–1956-cı illərdə "Azərbaycanneft" İttifaq Birliyi Dənizdə İstismar Qazma İdarəsinin, "Stalinneft" (indiki Ə. Əmirov) Neft Mədənlər İdarəsində Qazma idarəsinin direktoru, 1956–1958-ci illərdə "Leninneft" (indiki "Balaxanıneft") Neft Mədənlər İdarəsi Qazma idarəsində sahə rəisi vəzifələrində işləmişdir.
Ağa Nemətulla 1919-cu ildə ilk dəfə olaraq vurma üsulu ilə müstəqil olaraq quyu qazmışdı. İki ilə qazılan bu quyu neft versə də, o, vurma üsulu ilə quyu qazmağın əleyhinə çıxıb, burma üsulunu yüksək qiymətləndirirdi.
1932-ci ilin avqustunda Ağa Nemətullam buruq ustalığına irəli çəkirlər. O, bir ilin ərzində Bayılda 8 quyu qazır. 1933-cü ildə Lökbatandakı neft yataqlarını aşkara çıxarmaq üçün qızğın iş gedirdi. Hökumət ən yaxşı qazma ustalarını Lökbatana göndərirdi. Bu ustaların hər biri müsabiqə yolu İlə bır quyu qazmalı idilər. Bu iş 45 günə başa çatmalı idi. Ağa Nemətullanm qazdığı quyu 22 gündən sonra istismara verilir. Müsabiqə üzrə qazılan bu quyu Lökbatan torpağında qazanılmış ilk parlaq müvəffəqiyyət idi. Lökbatanda yeni neft məskəni salmaq haqqında dövlətin çağırışına birinci səs verən də, qələbə çalan da Ağa oldu. Onun briqadası daha dörd quyu qazdı.
1935-ci ildə Puta sahəsində Korgöz neft tresti yaradılır. Ağa Nemətulla həmin trestdə 1936-cı ilin əvvəlində dəstə rəisi, 1937-ci ilin fevralında isə Puta qazma idarəsinin direktoru təyin edilir. 1940-cı ildə Neft Bakısının yetişdirdiyi gənc mühəndislərindən Əyyub Tağıyev və Moisey Qusman turbin ilə qazmaq üsulunu ixtira etdilər. Bakı neft sənayesində ilk dəfə həmin üsulu necə tətbiq etmək və bu işi kimə tapşırmaq xüsusunda xeyli düşündülər. Nəhayət, bu işi çox sınaqlardan çıxmış məşhur buruq ustası Ağa Nemətullaya tapşırdılar. Briqada tezliklə quyu qazılıb, istismara verilməsi üçün işə başladıi. Bundan sonra Ağa Nemətüllanın adını "turbin qazmasının pioneri" qoydular.
Azərbaycanın neft sənayesində turbinlə maili qazmanı ilk dəfə həyata keçirən buruq ustası Ağa Nemətulla olmuşdur. Onun briqadası turbin qazmasında bir sıra yeni səmərələşdirici təkliflər həyata keçirmişdir. Bunun nəticəsində qaldırma-endirmə işlərinə, təmir işlərinə sərf olunan vaxt azalmış, onlarla baltaya qənaət edilmişdir.
1941-ci ildə Azərbaycan mütəxəssisləri tərəfindən maili quyuların turbinlə qazılması təklifi irəli sürülür. Bu ideya yekdilliklə bəyənilir və həyata keçirilməyə başlanır. Azərbaycanda ilk maili quyunu Ağa Nemətulla qazmışdır. Onun turbinlə 1945-ci ildə qazdığı ilk maili quyu Bibiheybətdə 2313 m dərinliyi, dağ altına doğru qazılan 2634 nömrəli quyu olmuşdur. Bu quyu 1945-ci ilin 23 aprelində qazılmağa başlanıb, 1946-cı ilin 31 yanvarında istismara təhvil verilmişdir. Bu quyunun inhirafi (dibinin uzaqlaşması) 394 m, maiiiliyinin azimutu 23,9° olmuşdur. Bu quyunun qazılması Ağa Nemətulla və onun briqadası üçün məktəb olmuşdur. Burada onlar turbinlə maili qazmanın texnologiyasını, onun gələcəkdə təkmilləşdirilməsi yollarını mənimsəmişlər. Daha sonra Ağa Nemətullanın briqadası tərəfindən 1948-ci ilin avqustunadək 7 maili quyu qazılıb istismara təhvil verilmişdir. 1949-cu ildən maili qazma geniş inkişafa başlamışdır. Neft sənayemizdə hərlənmə qazması tətbiq edilməyə başlandıqda, Ağa Nemətulla bu dəzgahın arxasında işləyənlərdən biri olmuşdur.
1942-ci ilin oktyabr ayında hökumət Ağanı və onun iş yoldaşlarını Özbəkistan qazmaçılanna kömək etməyə göndərmişdir. Buraya gələn kimi Ağa Nemətullanı Əndican mədənində işləməyə göndərmişlər. Bu mədən Əndican şəhərindən 12 km aralıda yerləşirdi. Ağa Nemətulla hökumətin tapşırığına əməl etdi. O, Özbəkistan Respublikasında 14 ay işləmişdir.
Ağa Nemətulla XXəzər dənizinin dibində tükənməz neft ehtiyatının olduğunu aşkar etmiş, 1269 və 1270 nömrəli buruqlar, heç bir çətinlikdən qorxmayan Ağanın nələrə qadir olduğunu göstərdi. O, həmin buruqları dənizdə qazıb, vaxtından qabaq istismara verdi. Neft Daşları yatağının açılması və işlənməyə daxil olmasında, ümumiyyətlə, dəniz neftinin inkişafına və ilk dəfə olaraq dünya təcrübəsində açıq dənizdə Ağa Nemətullanın maili qazma metodunun təcrübəsindən və konkret şəraitdə kust meydançasından bir neçə quyunun qazma təcrübəsindən geniş istifadə olunmuşdur.
Ağa Nemətulla əvvəlcə axşam orta məktəbində oxumuş, 1934–1935-ciillərdə isə qazma ustası kursunu bitirmişdi. 1950-ci ildə SSRİ neft sənayesinin Azərdənizittifaq birliyinin attestasiya komissiyasımn qərarı ilə ona "kiçik dağ texniki" adı verilmişdi.
1947-ci il neft quyularının maili üsul ilə fasiləsiz qazmaq qaydasını müəyyən etdiyinə və geniş tətbiq etdiyi üçün SSRİ Dövlət mükafatı laureatı olmuşdur. Yeni texnikanı tətbiq etməkdə qazandığı müvəffəqiyyətlərinə, çoxlüləli quyular qazmaqda təşəbbüs göstərdiyinə və istehsalatı yaxşı təşkil etdiyinə görə Ağa Nemətulla 1951-ci ildə ikinci dəfə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
O, iki Lenin ordeni və başqa orden, medallarla təltif edilib. Bakı küçələrindən və Xəzər Gəmiçiliyi İdarəsinin gəmilərindən birinə Ağa Nemətulla adı verilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.