731-ci dəstə
From Wikipedia, the free encyclopedia
731-ci dəstə (yap. 731部隊) — Keçən əsrin 30–40-cı illərində Yaponiya ordusu Çin ərazisində "731-ci dəstə"[1] adı altında bioloji silah sahəsində və bakterioloji müharibə zamanına hazırlıq üzrə tədqiqatlar aparırdı. Söhbət 200 min adamın həyatından gedir. Eksperiment canlı insanlar, qaçırılmış, əsir düşmüş adamlar üzərində aparılırdı. Bununla bərabər insan bədəninin davamlılıq həddi müəyyənləşdirilirdi. Qaynar suya, quraqlığa, qidasız, susuz qalmaya, donmaya və elektrikə qarşı davamlığı sonradan onun viviseksiya, yəni bədəninin yarılması ilə öyrənilirdi. Təcrübə altında olanları barokameralarda gözləri pırtlayıb çıxanacan saxlayırmışlar. Qurbanlar dəstəyə düşürdüsə bütün ailəsi ilə bərabər təcrübənin bütün ağırlığını yaşamalı olurdu. Eksprimentçilər Çin şəhərlərində yatalaq, taun kimi xəstəliklərlə yoluxmuş gənələri artırıb sonra buraxırmış. Su mənbələrini isə vəba vibrionları ilə "zənginləşdirirmiş". Dəstənin əməkdaşları 3 mindən artıq, bəzən isə 10 min adamın iştirakını dilinə gətirir. ABŞ Yaponiyaya bu faktları gizləməkdə kömək etdi ki, soyuq müharibədə özünə tərəfkeş qazansın.
731-ci dəstə | |
---|---|
![]() | |
Hücum yeri |
45°36′ şm. e. 126°38′ ş. u. |
Hücum hədəfi | Pinfan, Çin |
Vaxt |
1935–1945 |
Hücum üsulu |
İnsan üzərində tədqiqat Bioloji silahlar Kimyəvi silahlar |
Silah |
Bioloji silahlar Kimyəvi silahlar Partlayıcı maddələr |
Həlak olanlar | 3,000 — 250,000 |
Qatillər |
General Şiro İşii General-Leytenant Masaji Kitano |
![]() |