From Wikipedia, the free encyclopedia
*.3GP — multimedia fayl formatı, Üçüncü Nəsil Əməkdaşlıq layihəsiylə (ing. Third Generation Partnership Project (3GPP) müəyyən edilən 3G UMTS multimedia xidmətləri üçün fəaliyyət göstərən fayl tipi. Müasir mobil telefonlar (3G texnologiyasından asılı olmayaraq) .3GP formatında audio və video baxış funksiyalarına malikdir.
3GP | |
---|---|
Fayl adı uzantısı |
.3gp , .3g2 , .3gpp və ya .3gpp2 |
3G2 (3GPP2-in fayl formatı) — 3G CDMA2000 multimedia xidmətləri üçün 3GPP2 müəyyən edilən multimedia fayl tipi. 3GP fayl formatına çox oxşardır, amma 3GP-la müqayisədə bəzi genişlənmələrə və məhdudiyyətlərə malikdir.
Bu format — ISO 14496-1 Media Format-ın sadələşdirilmiş versiyasıdır. QuickTime-də istifadə edilən MOV fayl tipinə oxşardır.
3GP videonu MPEG-4 və ya H.263 kimi saxlayır. Audio AMR-NB və ya AAC-LC formatlarında qeyd olunur.
3GP-da hazır videoçarxlar başqa formatlarda analoji video ilə müqayisədə kiçik ölçüyə malikdir. Ancaq, aşağı keyfiyyətlidir: məsələn, kadrların rəngli "kvadratlar" şəklində təsvir edilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.