2017 FİFA U-20 Dünya Çempionatı
From Wikipedia, the free encyclopedia
2017 FİFA U-20 Dünya Çempionatı — 21-ci dəfə təşkil edilən FİFA U-20 Dünya Çempionatıdır. Çempionat iki ildən bir olmaqla 1977-ci ildən bəri təşkil olunur. Turnir FİFA-ya üzv olan ölkələrin U-20 millilərinin mübarizə apardığı gənclər arasında beynəlxalq futbol turniridir. Cənubi Koreyanın ev sahibliyi etdiyi növbəti çempionat 20 may — 11 iyun 2017-ci il tarixləri aralığında baş tutmuşdur.[2]
2017 FİFA U-20 Dünya Çempionatı | |
---|---|
2017년 FIFA U-20 월드컵 | |
Yarış məlumatları | |
Ev sahibi | |
Ev sahibi şəhər | Cənubi Koreya |
Tarix | 20 May – 11 İyun 2017 |
Başlama tarixi | 20 may 2017 |
Bitmə tarixi | 11 iyun 2017 |
Komanda sayı | 24 |
Stadion sayı | 6 (6 ev sahibi şəhərdə) |
Yekun nəticəsi | |
Çempion | İngiltərə |
İkinci | Venesuela |
Üçüncü yer | İtaliya |
Dördüncü yer | Uruqvay |
Yarış statistikası | |
Oyun sayı | 52 |
Qol sayı | 140 (matç başına: 2.69) |
Tamaşaçı sayı | 410795 matç başına: 7900 |
Mükafat sahibləri | |
Bombardir(lər) |
Rikkardo Orsolini (5 qol)[1] |
Ən yaxşı oyunçu | Dominik Solanke[1] |
Ən yaxşı qapıçı | Freddi Vudman[1] |
Fair Play mükafatı | Meksika[1] |
← 2015 2019 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Yaponiya və Meksikadan sonra Cənubi Koreya kişilər arasında keçirilən bütün beynəlxalq turnirləri təşkil edən üçüncü ölkə olmuşdur. 2002 FİFA Dünya Kuboku, 2001 FİFA Konfederasiyalar Kuboku və 2007 FİFA U-17 Dünya Çempionatı məhz bu ölkədə keçirilmişdir.
Cənubi Koreya FA çempionatının iyun və iyul dövrləri ərzində keçirilməsinə öz etirazlarını bildirmişlər. Buna səbəb həmin dövrdə ölkədə yağışların hökmranlıq etməsi və hər hansı bir gənc oyunçunun 2017 FİFA Konfederasiyalar Kuboku üçün əsas heyətə daxil edilməsi olmuşdur.[3]
Serbiya 2015 mundialının qalibi olsa da, UEFA seçmə mərhələsindən final mərhələsinə yüksələ bilmədikləri üçün bu turnirdə titulunu qoruya bilməyəcək. Bununla da onlar növbəti turnirə vəsiqə qazana bilməyən ardıcıl beşinci titul sahibi olmuşdur.
İngiltərə millisi ilk dəfə FİFA U-20 Dünya Çempionatının qalibi olmuşdur. Onlar finalda Venesuela millisinə 1-0 hesabı ilə qalib gəldilər.[4][5]