2015 Avropa Oyunlarının medal sıralanması
From Wikipedia, the free encyclopedia
2015 Avropa Oyunları və ya rəsmi adı ilə I Avropa Oyunları — yay idman növləri üzrə avropa qitəsində yerləşən, habelə Avropa Olimpiya Komitələrinin üzvü olan dövlətlər arasında iyunun 12-dən 28-nə qədər Azərbaycannın paytaxtı Baкı şəhərində baş tutan idman oyunları. Ümumi olaraq, 50 dövlətin 5 898 idmançısı, 27 müxtəlif idman növü üzrə 30 yarışda mübarizə apardı.
Tarixdə birinci dəfə baş tutan Avropa Oyunlarında Rusiya yığması 79-u qızıl, 40-ı gümüş, 45-i bürünc medal olmağla, cəmi 164 medal qazandı. Ev sahibi Azərbaycan yığması isə, 21-si qızıl, 15-i gümüş, 20-si bürünc olmağıa, cəmi 56 medalla iкinci yeri tutdu. Üçüncü yeri isə 66 medal qazanan Almaniya yığması tutdu.
I Avropa Oyunlarında Rusiyalı üzgüçü Marina Kameneva hamıdan çox 9 medal (6 qızıl, 1 gümüş və 2 bürünc) qazandı.[1] Digər Rusiyalı üzgüçü Arina Openışeva isə 7 qızıl və 1 gümüş medal qazandı.[2]